/ / Volodimir Zelenski: Rusiya qoşunları Ukraynaya gecə boyu azı 650 dron və 50-dən çox raketlə hücum edib
Volodimir Zelenski: Rusiya qoşunları Ukraynaya gecə boyu azı 650 dron və 50-dən çox raketlə hücum edib
30.10.2025 [22:52]
Rusiya qoşunları Ukraynaya gecə boyu azı 650 dron və 50-dən çox raketlə hücum edib. Onların bir çoxu vurulub, amma hədəfə dəyənlər də var.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalındakı paylaşımında bildirib.
“Bir çox bölgəmizdə Rusiyanın gecə hücumundan sonra təcili yardım və xilasetmə əməliyyatları davam edir. Düşmən mürəkkəb, birləşmiş zərbədən istifadə edib: 650-dən çox dron, habelə ballistik və aeroballistik silahlar da daxil olmaqla müxtəlif növ 50-dən çox raket buraxılıb. Onların bir çoxu vurulub, amma təəssüf ki, bəziləri hədəfə dəyib”, - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Zaporojyedə yaşayış binaları hücumlar nəticəsində zərər görüb və bir yataqxana dağılıb. Zərbə nəticəsində onlarla insanın, o cümlədən beş uşağın yaralandığı məlumdur. Təəssüf ki, iki nəfər ölüb. Xilasetmə əməliyyatları davam edir.
Ladıjin şəhərində yeddi yaşlı oğlan ağır yaralanıb. Vinnitsa, Kiyev, Nikolayev, Çerkassı, Poltava, Dnepr, Çerniqov, Sumı, İvano-Frankovsk və Lvov vilayətlərində enerji və yaşayış infrastrukturuna çoxsaylı hücumlar da olub.
Ukrayna Prezidenti bildirib: “Bütün zəruri xidmətlər cəlb edilib; hazırda əlçatmaz olan yerlərdə elektrik enerjisi və su təchizatını mümkün qədər tez bərpa etməyə çalışmalıyıq”.
Dövlət başçısı hər belə hücumdan sonra Rusiyaya yeni sanksiyalar tətbiq etmək və real təzyiq göstərmək ehtiyacını bir daha vurğulayıb.
“Ümidvarıq ki, Amerika, Avropa və G7 ölkələri Moskvanın hər şeyi məhv etmək istəyini görməzdən gəlməyəcək. Rusiyanın neft və qaz sənayesinə və maliyyəsinə yeni təzyiq göstərmək lazımdır, bu müharibəni dəstəkləyənlərə isə ikinci dərəcəli sanksiyalar tətbiq olunmalıdır. Sülh uğrunda çalışan hər birinizə təşəkkür edirəm”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44

