Fransada mülki təyyarə qəzası: 11 nəfər həlak olub
28.06.2026 [21:51]
Fransanın Nansi şəhəri yaxınlığındakı Tomblen qəsəbəsində paraşüt tullanışı üçün həyata keçirilən tanışlıq uçuşu faciə ilə nəticələnib. Mülki təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 11 nəfərin hamısı həlak olub.
AZƏRTAC xəbər verir ki, hadisənin səbəbi hələlik məlum deyil və faktla bağlı Paris Prokurorluğunun Kollektiv qəzalar üzrə bölməsi tərəfindən istintaq başladılıb. Alman qeydiyyatlı “Pilatus” tipli təyyarə yerli aerodromdan havaya qalxdıqdan cəmi bir neçə saniyə sonra qəfil idarəetməni itirib və demək olar ki, şaquli şəkildə yerə çırpılıb. Şahidlərin sözlərinə görə, təyyarə yüksəliş mərhələsində olarkən mühərrikin səsi kəsilib və aparat sağa dönərək sürətlə yerə düşüb. Rəsmilər təyyarədə texniki nasazlıq baş verdiyini ehtimal etsələr də, qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.
Qəza nəticəsində pilot, beş paraşüt təlimatçısı və ilk paraşüt tullanışını həyata keçirən beş iştirakçı həyatını itirib. Yerli mənbələrin məlumatına görə, həlak olan həvəskar iştirakçıların əksəriyyəti sərbəst çalışan tibb bacıları olub. Onlar isti hava şəraitində gərgin iş rejimindən sonra istirahət məqsədilə bu uçuşu seçmişdilər.
Təyyarə uçuş-enmə zolağının yaxınlığındakı otlaq sahəsinə düşüb. Hadisə yerinə 50 yanğınsöndürən, çoxsaylı polis və jandarma əməkdaşları cəlb olunub. Təyyarənin yaşayış məntəqəsinə və avtomobil yollarına yaxın əraziyə düşməsinə baxmayaraq, yerdə xəsarət alan olmayıb. Faciə qurbanlarının yaxınlarının bir qismi paraşüt tullanışını izləmək və lentə almaq üçün aerodromda olub və qəzanı öz gözləri ilə görüb. Onlara və hadisənin şahidlərinə psixoloji yardım göstərilir.
Fransa Mülki Aviasiya Təhlükəsizliyi üzrə Araşdırmalar Bürosunun (BEA) məlumatına görə, bu hadisə hərbi və kommersiya aviasiyası istisna olmaqla, ölkədə ümumi aviasiya sahəsində son illərin ən ağır təyyarə qəzası hesab olunur. İstintaqı Hava Nəqliyyatı Jandarması aparır. Müstəntiqlər təyyarənin texniki vəziyyətini, uçuş məlumatlarını və qəzanın başvermə şəraitini araşdırırlar. Tomblen və Nansi bölgəsində dərin hüzn hökm sürür, yerli hakimiyyət orqanları isə qurbanların xatirəsinə anım məkanı yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

