Ombudsman “Uşaq Hüquqları Aylığı” elan edib
20.10.2026 [17:59]
Hər il olduğu kimi, bu il də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində, oktyabrın 20-dən noyabrın 20-dək olan müddət Ombudsman tərəfindən ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ombudsmanın “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciətində bildirilib.
Qeyd olunub ki, uşaqların fiziki, əqli, mənəvi və sosial inkişafına əlverişli şəraitin yaradılması, onların təhlükəsizliyinin, rifahının və cəmiyyət həyatında fəal iştirakının təmin olunması, bütün uşaqlar üçün bərabər imkanların formalaşdırılması hər bir dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir.
1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya uşaqların müstəqil hüquq subyekti kimi tanınmasına əsaslanan beynəlxalq hüquqi çərçivəni müəyyən edib. Azərbaycanın da iştirakçısı olduğu bu sənəd uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur.
Bildirilib ki, uşaq hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə daim bu istiqamətdə kompleks islahatlar həyata keçirilir, qanunvericiliyin və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, keyfiyyətli xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, ümumilikdə, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə olunur.
Cari ildə “Uşaq hüquqları haqqında” Qanunun və digər əlaqəli normativ hüquqi aktların qəbul edilməsi, eləcə də uşaqların sosial şəbəkə platformalarından istifadəsi üçün məhdudiyyətlərin müəyyənləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi uşaq hüquqlarının qorunması sahəsində hüquqi tənzimləmənin müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uşaqların təhlükəsiz, sağlam, əlçatan və inklüziv mühitdə yaşamaq hüququnun təmin olunması, Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası baxımından xüsusi önəm daşıyır.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində ölkənin digər bölgələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə də uşaqlar üçün zəruri infrastruktur və xidmətlər yaradılır, onların hüquqlarının təmin olunması istiqamətində davamlı tədbirlər görülür.
Müraciətdə vurğulanıb ki, müasir dövrdə qloballaşma və rəqəmsal inkişaf yeni ictimai münasibətlərin yaranmasına səbəb olur. Bu isə öz növbəsində uşaq hüquqları sahəsində siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini, cəmiyyətdə hüquqi maarifləndirmə tədbirlərinin yeni çağırışlara uyğun olaraq genişləndirilməsini zəruri edir.
Uşaq hüquqlarının müdafiəsi və təşviqi Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətində mühüm yer tutur. Bu sahədə müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət zamanı aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər qurumlarla əməkdaşlıq edilir.
Aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasıdır.
Ombudsman müraciətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları elan edilmiş “Uşaq Hüquqları Aylığı” təşəbbüsünə qoşulmağa, oktyabrın 20-dən noyabrın 20-dək uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.
Səbinə Əliyeva bildirib ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41

