Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

19.10.2026 [18:23]

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücülərinin qiymətləndirilməsi məqsədilə oktyabrın 21-də növbəti test imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün 1578 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı), Naxçıvan şəhərindəki 4 nömrəli orta məktəbdə və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə təşkil olunacaq. İmtahanın müddəti bir saatdır. İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış ola biləcəklər.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidmətləri vasitəsilə əldə edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina və zal, başlanma vaxtı, həmçinin namizədin imtahan binasına gəlməli olduğu vaxt göstərilir.

Namizədlər imtahana şəxsiyyətlərini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar üzrə xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyənləşdirilib. Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanda 10 və daha çox bal toplayan şəxslər müvəffəqiyyət qazanmış hesab ediləcək və onlara yeddi il müddətində qüvvədə olan şəhadətnamə veriləcək.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31