Vahid rəqəmsal platforma
20.10.2026 [11:42]
“Rəqəmsal Rabitə İnformasiya Sistemi” informasiya və kommunikasiya sektorunda xidmətlərin səmərəliliyini və əlçatanlığını təmin edəcək
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platformanın formalaşdırılması nəzərdə tutulur. Bu məqsədlə Prezident İlham Əliyevim imzaladığı müvafiq fərmana əsasən, “Rəqəmsal Rabitə İnformasiya Sistemi” (RRİS) yaradılıb. RRİS-in formalaşdırılmasının məqsədi müvafiq sahədə dövlət idarəetməsinin optimallaşdırılması, tənzimləmə və nəzarətin təkmilləşdirilməsi, müvafiq sahə üzrə təhlil aparılması, proqnoz və hesabatların hazırlanması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Sənədə əsasən, RRİS telekommunikasiya və poçt sahəsində son illərdə formalaşdırılmış rəqəmsal tənzimləmə mexanizmlərinin vahid hüquqi, təşkilati və texnoloji çərçivədə sistemləşdirilməsini təmin edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi operator və provayderlərin uçotu, elektron müraciətlər, məlumatların toplanılması, xidmət keyfiyyətinin ölçülməsi, radiospektr və nömrə resursları, şəbəkələrin xəritələnməsi və digər istiqamətlər üzrə bir sıra rəqəmsal mexanizmləri tətbiq edəcək. RRİS isə bu proseslərin vahid informasiya mühitində qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsini həyata keçirəcək.
“Hökumət buludu”na inteqrasiya
RRİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə informasiya-kommunikasiya texnologiyaları və rabitə sahələrində tənzimləmə və nəzarəti həyata keçirəcək. Qurumun funksiyalarına həmçinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və payları və səhmləri dövlətə məxsus olan hüquqi şəxslər, publik hüquqi şəxslər və digər büdcə təşkilatları, yerli özünüidarəetmə orqanları, eləcə də digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini təmin etmək daxildir.
RRİS-in infrastruktur təminatında yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğuları və kanalları mühüm yer turur. Bura, həmçinin, proqram-texniki vasitələr və proqram təminatı resursları daxildir ki, bu da məlumat mübadiləsi təminatında etibarlılığın və təhlükəsizliyin qorunmasında mühüm rol oynaycaq.
RRİS-in qarşıdakı 6 ay müddətində formalaşdırılması və fəaliyyətinin təşkili, inkişaf etdirilməsi, Elektron Hökumət İnformasiya Sisteminə və “Hökumət buludu”na inteqrasiyası, eləcə də digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsinin təmin olunması üçün “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsi nəzərdə tutulur. Gələcəkdə RRİS-in funksional imkanlarının artırılması planlaşdırılır.
RRİS-in dövlət və vətəndaş üçün üstünlükləri
Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumlar RRİS-in məlumat bazasından istifadə üçün elektron kabinetlərini sistemə inteqrasiya etməlidir. RRİS-də qeydiyyatdan keçən müvafiq qurumlar və məsul şəxslər Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) “vahid giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada bu sistemdən istifadə edə biləcək.
Dövlət üçün RRİS rabitə sektorunun daha dolğun rəqəmsal mənzərəsinin formalaşdırılması, xidmətin keyfiyyəti və əhatənin qiymətləndirilməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, analitik hesabat və proqnozların hazırlanması və qərarların daha dolğun məlumatlar əsasında qəbuluna imkan verəcək.
Fiziki şəxslər, yəni vətəndaşlar da eyni qaydada EHİS-in “vahid giriş” altsistemi vasitəsilə RRİS-də identikləşdirildikdən sonra öz elektron kabinetlərindən RRİS-in məlumat infrastrukturundan faydalanacaqlar.
Vətəndaş üçün RRİS-in əsas üstünlüyü xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, müraciətlərin və digər məlumatların birlikdə təhlili əsasında problemlərin daha dəqiq müəyyənləşdirilməsi, tənzimləyici tədbirlərin daha hədəfli həyata keçirilməsi və istehlakçı maraqlarının daha effektiv qorunmasından ibarət olacaq.
Beləliklə,”Rəqəmsal Rabitə İnformasiya Sistemi” rabitə sektorunda ayrı-ayrı elektron proseslərdən vahid, inteqrasiya olunmuş və məlumat əsaslı tənzimləmə modelinə keçidin növbəti mərhələsini formalaşdıracaq. İnformasiya və kommunikasiya sektorunda göstərilən xidmətlərin səmərəliliyinin, şəffaflığın və əlçatanlığın təmin edilməsində mühüm rol oynaycaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

