Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin PUA ilə əlaqəli bəzi məhsulların ixracına nəzarət tədbirlərini təkmilləşdirir

Çin PUA ilə əlaqəli bəzi məhsulların ixracına nəzarət tədbirlərini təkmilləşdirir

19.10.2026 [22:55]

Çin hökuməti pilotsuz uçuş aparatları (PUA) ilə əlaqəli müəyyən məhsulların ixracına nəzarət tədbirlərini təkmilləşdirmək və tənzimləmək qərarına gəlib. Yeni qaydalar bu il noyabrın 18-də qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, Kommersiya Nazirliyi, Baş Gömrük İdarəsi və Mərkəzi Hərbi Komissiyanın Avadanlıqların İnkişafı Departamentinin birgə məlumatında özünəməxsus xüsusiyyətlərə malik məhsulların lisenziya olmadan ixracının qadağan edildiyi bildirilir.

Açıqlamada qeyd olunur ki, ixracı qadağan edilən məhsullara pilotsuz uçuş aparatları üçün xüsusi hazırlanmış avtopilotlar, PUA-ların hazırlanması, istehsalı və ya istifadəsi ilə bağlı bəzi texnologiyalar, müəyyən xüsusiyyətlərə cavab verən pilotsuz uçuş aparatları və ya pilotsuz hava gəmiləri, həmçinin bu aparatlar üçün xüsusi hazırlanmış mühərriklər daxildir. Sözügedən məhsullar həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən, başqa sözlə, ikili təyinatlı xarakter daşıyır.

Kommersiya Nazirliyinin sözçüsü bildirib ki, Çinin müvafiq qanun və qaydalara uyğun olaraq bu tədbirləri təkmilləşdirmək və tənzimləmək addımı milli təhlükəsizliyi və maraqları qorumaq, eləcə də silahların yayılmasının qarşısının alınması kimi beynəlxalq öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır. “Çin qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini qorumağa sadiqdir, ixrac lisenziyası ilə bağlı müraciətləri qanun və qaydalara uyğun şəkildə nəzərdən keçirəcək”, - deyən sözçü əlavə edib. O diqqətə çatdırıb ki, tələblərə cavab verən müraciətlər təsdiqlənəcək.

 

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31