Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türkiyədə maliyyə böhranı zamanı...

Türkiyədə maliyyə böhranı zamanı...

20.10.2026 [10:59]

Köməyə Azərbaycan çatıb

Azərbaycan regionda ən çox sərmayəni Türkiyə iqtisadiyyatına yatırıb ki, bu da qardaş ölkədə iqtisadi potensialı və sosial imkanları yaxşılaşdırıb.təkcə Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ümumi investisiyalarının həcmi 18 milyard ABŞ dollarından çox səviyyəyə çatıb. Bu investisiyaların ən mühüm komponentlərindən biri İzmirin Əliağa bölgəsində yerləşən və 6,3 milyard ABŞ dolları dəyərində olan “STAR” Neft Emalı Zavodudur. 2018-ci ildən fəaliyyət göstərən “STAR” zavodu hər il 10 milyon ton xam neft emal etmək gücündədir və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, SOCAR-ın iştirakı ilə fəaliyyət göstərən “Petkim” neft-kimya kompleksi və TANAP layihəsi vasitəsilə təbii qaz nəqli enerji sahəsində tərəfdaşlığın genişliyini əks etdirir.

Yəni, Azərbaycan öz resurslarını Türkiyəyə yönəltməklə bu ölkənin iqtisadi-sosial inkişafının təmin edilməsində böyük rol oynayır. Bu vəsaitlər Türkiyədə maliyyə sektorunda müəyyən qədər sabitləşdirici rol oynamaqla, ilbəil yüksələn inflyasiyanın səngiməsinə də təsir edir.

Son illər Türkiyə milli valyutasının qeyri-sabitliyi və tədiyə balansında problemlərin kəskinləşdiyi dövrlərdə dəfələrlə maliyyə dəstəyi üçün Qətərə üz tutub. Rəsmi Doha cüzi maliyyə ayrımasını təmin edib. Eləcə də beynəlxalq investorlar ölkədən kapitallarını çıxardığı vaxtda Azərbaycan bu boşluğu doldurub. Ərəb şirkətləri və holdinqləri Türkiyəyə Azərbaycan qədər maliyyə dəstəyi göstərməyib. Azərbaycan isə belə bir vəziyyətdə öz resusrslarını başqa istiqamətə yox, Türkiyə iqtisadiyyatına yönəldib ki, Ankara hökuməti maliyyə sıxıntıları yaşamasın. Dövlət Neft Fondu bir neçə dəfə Türkiyənin Maliyyə Nazirliyinə irihəcmli vəsaitin ayrılmasını təmin edib ki, nəticədə Türkiyə iqtisadiyyatında gərginləşən maliyyə sıxıntıları aradan qalxıb. Eləcə də Dövlət Neft Fondu Türkiyədə inflyasiya 80 faizi ötəndə Türkiyə Mərkəzi Bankına 1 milyard dollar yerləşdirib ki, ölkənin maliyyə sabitliyi pozulmasın.

Beləliklə, Türkiyənin maliyyə çətinliklərinin müəyyən hissəsinin dost dövlətin resursları hesabına kompensasiya edildiyi bir model formalaşıb.

Bu dinamika 2026-cı ilin birinci yarısında da davam edib, Azərbaycan Türkiyəyə 603.7 milyon dollar birbaşa investisiya qoyub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3.4 dəfə çoxdur. Ölkəmizin ümumi xarici sərmayələrinin 12,5 faizi məhz qardaş ölkəyə yönəldilib və Türkiyə Azərbaycanın ən çox kapital yatırdığı 2-ci ölkə olub.

Göründüyü kimi Türkiyəyə milyardlar yatıran Azərbaycan qardaşlığın iqtisadiyyatını qurur. Ancaq Türkiyənin siyasi elitasının bəzi təmsilçiləri bu yaxşılığı unudur, Azərbaycanın sərmayə və maliyyə dəstəklərini görməzdən gəlirlər. Əgər həmin sərmayələrin 10 faizi dövlət büdcəsinə yönəlsəydi, bu 4 milyard manatdan çox olmaqla, pensiya, maaş və təqaüdlərin ən azı 50 faiz artırılmasına imkan verərdi. Yəni, Azərbaycan öz maliyyə ehtiyatlarını Türkiyə hökumətinin ehtiyaclarına sərf etməklə özünün bəzi planlarını təxirə salır. Ona görə də bu dəstəyi unutmaq ən azı məsuliyyətsizlik, nankorluq olardı.

Türkan

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31