Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ və Yeni Kaledoniya dayanıqlı xammal sahəsində strateji tərəfdaşlıq qurub

Aİ və Yeni Kaledoniya dayanıqlı xammal sahəsində strateji tərəfdaşlıq qurub

20.10.2026 [20:42]

Avropa İttifaqı (Aİ) və Yeni Kaledoniya dayanıqlı xammal tədarükü və emalı zəncirləri üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

AZƏRTAC xəbər verir ki, Yeni Kaledoniyanın paytaxtı Numeada imzalanan sənəd Aİ ilə Yeni Kaledoniya arasında xammal sahəsində əməkdaşlığın siyasi çərçivəsini müəyyən edir. Sənədə əsasən, tərəflər kritik və digər xammal üzrə istehsal zəncirlərinin inkişafı, investisiyaların cəlb edilməsi, mədən ehtiyatlarından ekoloji və sosial standartlara uyğun istifadə, infrastrukturun təkmilləşdirilməsi, kadr hazırlığı, elmi tədqiqat və innovasiyalar sahələrində əməkdaşlıq edəcəklər.

Aİ-nin 2021-ci ildən bəri xammal sahəsində imzaladığı 17-ci strateji tərəfdaşlıq olan bu razılaşmanın həyata keçirilməsi üçün konkret tədbirləri əhatə edən yol xəritəsi hazırlanacaq. Sənədin hazırlanmasında Aİ üzv dövlətləri, Avropa İnvestisiya Bankı və sənaye nümayəndələri də iştirak edəcəklər.

Yeni Kaledoniya dünyanın aparıcı nikel istehsalçılarından biridir. 2024-cü ildə dünya üzrə nikel istehsalının 3,1 faizi bu ərazinin payına düşüb.

 

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31