Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Elektron ticarət haqqında qanunda dəyişiklik edilir

Elektron ticarət haqqında qanunda dəyişiklik edilir

20.10.2026 [17:28]

Milli Məclisdə “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.

Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (maneələrin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.

Təqdim edilən qanun layihəsinə əsasən:

- “Elektron ticarət haqqında” Qanun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv edilir;

- “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip Qanuna daxil edilir;

- “POS-terminal” anlayışı dəqiqləşdirilir və mövcud təcrübəyə uyğunlaşdırılır;

- ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir;

- elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31