Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib

20.10.2026 [18:32]

Ötən bir il ərzində ölkədə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də 1540 MVA artaraq 31 min 429,9 MVA-a çatıb.

AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilən “Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına” adlı məqaləsində qeyd edib.

Nazir bildirib ki, ötən il ölkədə istehsal olunan 28,7 milyard kilovat-saat elektrik enerjisinin 13,4 faizi bərpaolunan mənbələrin payına düşdüyü halda, cari ilin ilk doqquz ayında istehsal edilmiş 21,2 milyard kilovat-saat elektrik enerjisində bu göstərici 20 faizə yüksəlib.

“Bu sahədə mühüm nəticələrdən biri də Naxçıvan Muxtar Respublikasında əldə olunub. Belə ki, cari ilin aprelin 21-dən iyulun 2-dək Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam şəkildə bərpaolunan enerji mənbələri hesabına ödənilib. Ümumilikdə isə ilin ilk doqquz ayında bütün növ bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı hesabına 840 milyon kubmetr təbii qaza qənaət edilib. Bu nəticələr Azərbaycanda yaşıl enerji sahəsində görülən işlərin artıq öz bəhrəsini verdiyini göstərir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) də vurğuladığı kimi, ölkələrin enerji keçidində uğuru artıq yeni hədəflərin elan edilməsi ilə deyil, müəyyənləşdirilmiş hədəflərin nə dərəcədə həyata keçirilməsi ilə ölçülür. Bu baxımdan, Azərbaycanda Günəş və külək elektrik stansiyalarının planlaşdırılmış qrafikə uyğun istifadəyə verilməsi 2027-ci ilə qədər bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payını 33,3 faizə çatdırmaq hədəfinə doğru ardıcıl irəliləyişi nümayiş etdirir”, - deyə o qeyd edib.

P.Şahbazovun sözlərinə görə, ölkədə yaşıl enerjinin inkişafının birinci mərhələsi çərçivəsində nəzərdə tutulan ümumi gücü 2 giqavat olan 11 Günəş və külək elektrik stansiyasından üçü - ümumilikdə 570 meqavat gücündə olan stansiyalar artıq fəaliyyət göstərir: “2026-cı ilin sonunadək 445 meqavat gücündə “Biləsuvar” və 25 meqavat gücündə “Şəms 1” Günəş elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır. Eyni zamanda, “Masdar” şirkəti tərəfindən 200 meqavat gücündə külək elektrik stansiyası layihəsinin icrası davam etdirilir. 2027-ci ildə isə 315 meqavat gücündə “Neftçala”, 240 meqavat gücündə “Şəfəq”, hər biri 50 meqavat gücündə olan “Şəms” və “Üfüq”, eləcə də 25 meqavat gücündə “Qərbi Üfüq” Günəş elektrik stansiyaları istifadəyə hazır olacaq. Bu stansiyalarda illik 5 milyard kilovat-saatelektrik enerjisinin istehsalı hesabına 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət edilməsi və karbon emissiyalarının 2,4 milyon tonadək azaldılması gözlənilir”.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31