Nüvəsizləşdirmə reallaşacaqmı?
21.10.2026 [10:33]
Tramp nüvə dövlətlərinə çağırış etdi
XX əsrin ən böyük hərbi təhlükəsi olan nüvə silahı icad edildiyi, daha doğrusu, ilk istifadədən sonra nə qədər böyük dağıdıcı və məhvedici gücə malik olduğunu ortaya qoydu. Bəşəriyyətə, insanlığa qarşı bir silah kimi xarakterizə olunan nüvə silahı ayrı-ayrılıqda dünyanın aparıcı dövlətləri sayılan ölkələrin də “qorxulu kabusudur”. Xüsusilə, son illərdə, qlobal təhlükəsizliyin təhdid qarşısında qaldığı zamanda nüvə müharibəsi ritorikası daha da intensivləşib. Bu isə bütövlükdə yer kürəsi üçün, bəşəriyyət üçün qorxulu bir siqnaldır. Bu təhlükəli müharibənin qarşısını almaq üçün bütün dünya səfərbər olmalıdır.Bir sıra aparıcı güc mərkəzləri bu təhdidin aradan qaldırılması istiqamətində mütəmadi görüşlər keçirsə də, ortada reallıq var - bu gün nüvə başlıqlarının sürətlə artması bu təhdidin geniş arealda yayılması üçün münbit şərait yaradır. Dünya gücləri nüvə təhdidi ilə bağlı yeni danışıqlar keçirə bilər. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib. Tramp jurnalistin belə bir görüşə razılıq verib-vermədiyi barədə sualını cavablandırarkən deyib. “Lakin belə bir görüş keçirərdim. Biz nüvə silahları və nüvəsizləşdirmə məsələlərini müzakirə etmək üçün bir araya gələ bilərik”, - deyə Tramp əlavə edib.
Real statistika - nüvə silahları çoxalır
Ortada real statistika mövcuddur - Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu ilin yayında yayılan hesabatında da bildirilib ki, nüvə silahına malik 9 dövlət 2025-ci ildə nüvə arsenallarının modernləşdirilməsi və genişləndirilməsi proqramlarını davam etdirib. SIPRI-nin məlumatına görə, 2026-cı ilin yanvarına dünyada 12 min 187 nüvə döyüş başlığı mövcud olub. Onlardan 9 min 745-i ehtiyatda saxlanılıb, təxminən 4 min 12-si isə raketlərə və hərbi təyyarələrə yerləşdirilib. Yüksək döyüş hazırlığında olan başlıqların əksəriyyəti Rusiya və ABŞ-a məxsusdur. Hesabatda qeyd edilib ki, “soyuq müharibə”dən sonra qlobal nüvə ehtiyatlarının azalması tendensiyası yaxın illərdə dəyişə bilər. Bunun əsas səbəbi yeni nüvə silahlarının yerləşdirilməsinin sürətlənməsi və köhnə sistemlərin ləğvi tempinin zəifləməsidir. SIPRI bildirib ki, Rusiya və ABŞ birlikdə dünyadakı istifadəyə yararlı nüvə döyüş başlıqlarının təxminən 83 faizinə sahibdir. Hər iki ölkədə arsenalların həcmi 2025-ci ildə nisbətən sabit qalsa da, genişmiqyaslı modernləşdirmə proqramları davam edir. İnstitutun hesablamalarına görə, Çin təxminən 620 nüvə döyüş başlığına malikdir və arsenalını ən sürətlə genişləndirən ölkədir. Hindistan və Pakistan da nüvə imkanlarını artırır, Şimali Koreya isə nüvə proqramını inkişaf etdirməyə davam edir. Hesabatda Böyük Britaniya, Fransa və İsrailin də nüvə qüvvələrinin modernləşdirilməsi istiqamətində addımlar atdığı vurğulanır.
Nüvədən imtina tarixi...
Ümumiyyətlə, nüvə silahından imtina məsələsi hər zaman beynəlxalq müstəvidə aktuallıq daşıyıb - hələ ötən əsrin ortalarında bu silaha malik iki ölkə, ABŞ və keçmiş SSRİ tərəfindən 1953-cü ildə atmosferdə nüvə sınağına moratorium qoyulmuşdu. Lakin bu qadağa keçmiş SSRİ tərəfindən 1961-ci, ABŞ tərəfindən 1962-ci ildə pozuldu. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Komissiyası atmosfer, kosmos və su altında nüvə sınağını qadağan edən bir müqavilə hazırlayıb. Müqavilə ABŞ və keçmiş SSRİ də daxil olmaqla BMT-yə üzv olan 100-dən çox dövlət tərəfindən imzalanıb. 1968-ci ildə ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin istisna olmaqla bütün ölkələrə nüvə silahına sahib olmağı qadağan edən başqa bir saziş bağlanıb. 1990-cı illərin ortalarında sazişə 181 ölkə qoşulub, 1995-ci ildə isə vaxtı qeyri-müəyyən müddətə uzadılıb.
Pxenyan razı deyil...
Siyasi ekspertlərin fikirlərinə görə, nüvə silahına malik 9 dövlət arasında ən böyük təhdid Şimali Koreya xalq Demokratik Respublikasındadır. Hətta ABŞ KXDR-ın nüvə silahından imtina etməsi üçün apardığı prosesi ciddi şəkildə davam etdirmək fikrindədir. Belə ki, bu ilin sentyabrında ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yenidən şəxsi əlaqə yaratmaq niyyətini dilə gətirmişdi. “The New York Times” bildirmişdi ki, Trampın bu mövqeyinə baxmayaraq Şimali Koreya Vaşinqtonun siyasətini düşmənçilik hesab etdiyini yenidən bəyan edib və nüvə potensialını gücləndirməyə davam edəcəyini bildirib. Pxenyan Vaşinqtonun ölkənin tam nüvəsizləşdirilməsi ilə bağlı çağırışlarını da rədd edib. Hətta KXDR Xarici İşlər Nazirliyinin yaydığı məlumatda ABŞ-ın öz nüvə arsenalını genişləndirməsi və modernləşdirməsini “şaquli yayılma” nümunəsi kimi göstərib. Bu çərçivədə LGM-35A Sentinel qitələrarası ballistik raketinin hazırlanması, B-21 strateji bombardmançı təyyarələri, “Columbia” sinifli sualtı qayıqlar və B61 nüvə aviasiya bombalarının yeni modifikasiyaları ilə bağlı işlər qeyd edilib. Sənəddə həmçinin ABŞ-?n “Golden Dome” raketdən müdafiə sistemini yaratmaq planına diqqət çəkilib.
KXDR Xarici İşlər Nazirliyi “üfüqi yayılma” ilə bağlı ABŞ-a müttəfiqlərinə nüvə texnologiyaları ötürməkdə, nüvə imkanlarını ölkə hüdudlarından kənarda yerləşdirməkdə və Avropa və Asiyadakı tərəfdaşlarla genişləndirilmiş çəkindirmə mexanizmlərini inkişaf etdirməkdə ittiham edib. Bu kontekstdə NATO, AUKUS, həmçinin Cənubi Koreya və Yaponiya ilə əməkdaşlıq nümunə kimi göstərilib. KXDR Xarici İşlər Nazirliyi bildirib ki, Pxenyanın bundan sonrakı siyasəti milli maraqların və regional təhlükəsizliyin qorunması zərurəti əsasında müəyyənləşdiriləcək. Memorandumda qeyd olunub ki, KXDR-in nüvə silahına malik məsuliyyətli dövlət kimi atacağı addımlar ABŞ-ın nüvə potensialını gücləndirməsi və nüvə silahlarının yayılması ilə bağlı mövcud vəziyyət nəzərə alınmaqla müəyyən ediləcək.
Razılıq əldə edilmədi...
Xatırladaq ki, may ayında Nyu-Yorkda Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) təxminən dörd həftə davam edən 11-ci İcmal Konfransı keçirilib. İştirakçılar son beş il ərzində müqaviləyə riayət olunmasını qiymətləndirən yekun sənəd üzərində razılığa gələ bilməyiblər - konsensus əldə olunmayıb. Hətta BMT Baş katibi Antoniu Quterreş iştirakçıların ortaq sənəd qəbul edə bilməməsindən və konfransın nəticəsiz yekunlaşmasından dərin məyusluğunu ifadə etmişdi. Uğursuzluğun səbəblərinə gəldikdə isə, gərginləşən qlobal geosiyasi rəqabət, nüvə ritorikasının kəskinləşməsi və tərəflər arasındakı fikir ayrılıqları razılığın əldə olunmamasının əsas səbəbələri kimi göstərilirdi. Vaşinqton administrasiyası isə konsensusun əldə olunmamasının əsas səbəblərindən biri kimi İranla bağlı məsələləri göstərmişdi. Bu uğursuzluq, bundan əvvəlki iki konfransda yaşanan diplomatik çıxılmaz vəziyyətin (deadlock) davamı olaraq qeydə alınıb və qlobal nüvə təhdidlərinin artdığı bir dövrdə silahsızlanma prosesinə mənfi təsir göstərib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55

