Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib

21.10.2026 [15:33]

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub:

1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri

2. Cem Özyurt – Bloger

3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı

4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri

5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı

6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi

7. Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik

8. Serhat Koyuncu – İctimai xadim

9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı

10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq

11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)

12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri

13. Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini

14. Aydın Binboğa – İqtisadçı, siyasətçi

15. Hakkı Eren – “Köklü Değişim” jurnalisti

16. Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri

17. Mehmet Boynukalın – Marmara Universiteti İlahiyyat professoru, Ayasofya İmam-Hatibi

18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi

19. Mert Armağan – Jurnalist

20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist

21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı

22. Yusuf Kaplan – Yazıçı, jurnalist

23. Erdinc Teğmen – Erte Medya’nın sahibi

24. Ahmet Çakar – Türkiyənin keçmiş millət vəkili

25. Halil Atakan Ay – İlahiyyatçı

26. İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti

27. Murat Şahin – Akıt TV- də proqram aparıcısı

28. İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı

29. Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı

30. Ömer Ulutaş – Toprak partiyasının sədri

31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31