Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukraynada qırıcı təyyarə qəzaya uğrayıb

Ukraynada qırıcı təyyarə qəzaya uğrayıb

27.06.2026 [17:25]

İyunun 27-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi Poltava bölgəsində qəzaya uğrayıb. Pilot qəzada sağ qalıb.

Bu barədə AZƏRTAC Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqram kanalına istinadla məlumat yayıb.

Məlumata görə, Poltava bölgəsində döyüş tapşırığı yerinə yetirən MiQ-29 qırıcı təyyarəsi ilə əlaqə kəsilib.

"Təyyarənin itkisini təsdiqləyirik, lakin ukraynalı pilot qəzadan uğurla çıxıb, axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayıb, müayinə və lazımi yardım üçün tez bir zamanda tibb müəssisəsinə aparılıb", - deyə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30