“Azərbaycan ordusu: Tarixi ənənələr və güc amili” mövzusunda seminar keçirilib.
25.06.2026 [17:57]
Şəhərsalma və Memarlıq ili" çərçivəsində “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” ilə əlaqədar olaraq İslahat Könüllüləri Təşkilatının təşəbbüsü, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin iştirakı ilə “Azərbaycan ordusu: Tarixi ənənələr və güc amili” mövzusunda seminar keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, İslahat könüllüləri təşkilatının rəhbəri Nailə Cəfərova, təşkilatının üzvləri və gənclər iştirak edib.
Görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində baş tutan görüşdə iştirakçıları salmalayaraq çıxış edən İslahat könüllüləri təşkilatının rəhbəri Nailə Cəfərova Azərbaycan dövlətinin hərbi qüdrətinin formalaşmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm uğurlardan və ölkənin iqtisadi inkişafı ilə müdafiə potensialı arasındakı qarşılıqlı əlaqədən bəhs edib.
Seminarda geniş məruzə ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, milli ordu quruculuğu sahəsində qazanılan uğurlardan və Silahlı Qüvvələrin ölkəmizin təhlükəsizliyinin təmin olunmasındakı müstəsna rolundan bəhs edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 26-da qəbul etdiyi qərarla milli ordunun əsası qoyulub və bu tarix xalqımızın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılıb. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycanın müasir hərbi kadr potensialının formalaşmasının əsasında Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə həyata keçirdiyi uzaqgörən siyasət dayanır. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycan gənclərinin hərb sənətinə cəlb olunmasında və milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayıb. Məhz həmin məktəbin məzunları sonrakı dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına, inkişafına və ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfələr veriblər. Bildirilib ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət və Ermənistanın hərbi təcavüzü ordu quruculuğu prosesinə ciddi təsir göstərsə də, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidlitələbi hakimiyyətə qayıdışından sonra bu sahədə əsaslı dönüş yaradılıb. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində nizami ordu formalaşdırılıb, Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirilib, peşəkar hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Məhz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 İyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildiyini vurğulayan natiq bu qərarın milli ordu quruculuğuna verilən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd olunub ki, Prezident, Partiyamızın Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ordumuz ən müasir silah və texnikalarla təchiz edilib, hərbi infrastruktur yenilənib, döyüş hazırlığı və peşəkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.Bəxtiyar Nəbiyev xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan əsgəri dünya hərb tarixinə nümunə olacaq qəhrəmanlıq göstərib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin edib. O vurğulayıb ki, bu qələbə xalqımızın milli birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin parlaq təzahürüdür. Çıxışının sonunda Bəxtiyar Nəbiyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd edərək bildirib ki, Azərbaycan gəncləri dövlətçilik dəyərlərinə sadiq, milli maraqları hər şeydən üstün tutan və ölkəsinin müdafiəsinə hər zaman hazır olan vətəndaşlar kimi yetişməlidirlər.
İnteraktiv formatda keçən seminarda Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu, tarixi ənənələri, müasir dövrdə əldə etdiyi uğurlar və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Gənclərin və könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb və mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

