Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyə və Almaniya liderləri Ankarada danışıqlar aparırlar

Türkiyə və Almaniya liderləri Ankarada danışıqlar aparırlar

30.10.2025 [17:54]

Oktyabrın 30-da cümə axşamı Ankarada Almaniya Kansleri Fridrix Mertsin rəsmi qarşılanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətinin başçısını Beştəpə rayonundakı Prezident Kompleksində qarşılayıb, daha sonra təkbətək və geniş formatlarda danışıqlar başlayıb.

Türkiyəyə səfərindən əvvəl Merts sosial mediada Berlin ilə Ankara arasındakı münasibətlərin “xüsusi və çoxşaxəli xarakter daşıdığını” yazıb.

“Türkiyənin, xüsusən də xarici siyasət və təhlükəsizlik, eləcə də miqrasiya, enerji və ticarət sahələrində mövqeləri Almaniya üçün əhəmiyyətlidir. Bu mövqelər ölkələrimiz arasında sıx tərəfdaşlığın daha da genişləndirilməsinə yönəldilib”, - deyə kanslerin paylaşımında bildirilir.

Danışıqların yekunları üzrə Türkiyə və Almaniya liderlərinin mətbuat konfransı keçiriləcək.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30