Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hər şəhər bir tarixdir...

Hər şəhər bir tarixdir...

31.10.2025 [08:31]

Ən çox əhali hansı şəhərdə yerləşir?

Şəhərlər sadəcə daş-divar, küçə və işıqlardan ibarət deyil. Onlar insanın yaddaşı, mədəniyyətin güzgüsü və gələcəyin xəritəsidir. Hər küçə bir tarixdən danışır, hər bina bir dövrün nəfəsini daşıyır.

Hazırda planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. Şəhərlər intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, sosial inkişaf və digər sahələrin mərkəzləridir. Dünyada ümumi daxili məhsulun 80 faizindən çoxu şəhərlərin payına düşür.

2050-ci ilədək...

Birləşmiş Millətlər Təşkilatından (BMT) bildirilib ki, sürətli urbanizasiya ətraflı düşünülməlidir, yalnız bu halda əhalinin məşğulluğunun və rifahının yaxşılaşdırılmasına nail olmaq mümkündür. Təşkilatın məlumatına görə, 2050-ci ilədək dünya əhalisinin 75 faizi şəhərliyə çevriləcək. Şəhər sakinlərinin sayının sürətli artımı, həmçinin sənayeləşdirilmə sahəsində yeni imkanların açılmasını vəd edir. Lakin bununla yanaşı, bu şəhərlərin əhalisinin həddən artıq olması, qeyri-bərabərliyin artması və ətraf mühitin çirklənməsi ilə nəticələnəcək.

İqlim dəyişmələrinə qarşı əsas mübarizə məhz şəhərlərdə aparılır. Şəhərlərin planlaşdırılması və inkişafı üzrə çoxlu velosiped yolları və piyada zonaları, yaşıllıqların nəzərdə tutulduğu yeni strategiyaya keçid parnik qazları emissiyasını kəskin şəkildə azaltmağa imkan yaradacaq. Gələcəyin “yaşıl” şəhərlərində işıqlandırma, isitmə və soyutma qazıntı şəklində çıxarılan yanacaq hesabına deyil, bərpaolunan enerji mənbələri hesabına təmin ediləcək.

Ən az şəhər sakinləri Afrika və Asiyadadır

BMT-nin bu yaxınlardakı məruzələrinin birində deyilir ki, hazırda ən çox şəhər Şimali Amerikada yerləşir. Orada şəhər sakinləri əhalinin 82 faizini təşkil edir. Ən az şəhər sakinləri hələ ki, Afrika və Asiyadadır. Lakin artıq 2030-cu ilədək Afrika əhalisinin 47 faizi və Asiya əhalisinin 56 faizi şəhərlərdə yaşayacaq. Avropada isə bu müddətdə şəhər sakinlərinin sayı 77 faiz təşkil edəcək.

Əhalinin ən sıx yerləşdiyi şəhər...

Bu gün dünyada əhalinin ən sıx yerləşdiyi şəhər aqlomerasiyası 37,2 milyon nəfərlə Tokio hesab edilir. Sonrakı yerləri Dehli (22,7 milyon), Mexiko və Nyu-York (hər ikisi 20,4 milyon), Şanxay (20,2 milyon) və San-Paulu (19,9 milyon) tutur.

Qeyd edək ki, oktyabrın 31-i Dünya Şəhərlər Günüdür. Bu gün 2014-cü ildən başlayaraq qeyd olunur. Əlamətdar gün dünya urbanizasiyası problemlərinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31