Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Onlayn yolla zərərli kompüter proqramları satan haker tutulub

Onlayn yolla zərərli kompüter proqramları satan haker tutulub

31.10.2025 [17:09]

Virtual məkanda mövcud olan təhdidlərin qarşısının alınması, informasiya texnologiyaları mühitində vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədi ilə kiberpolis tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər zamanı DNV-RAT.İNFO domeni adı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompüter sistemlərinə zərərli kibermüdaxilə proqramlarının satışının həyata keçirildiyi müəyyən edilib.

Tədbirlərin davamı olaraq saytın Sumqayıt şəhər sakini Fərid Cəfərli tərəfindən yaradılaraq idarə edildiyi müəyyən olunub və o, saxlanılaraq Baş İdarəyə gətirilib.

Araşdırma zamanı F.Cəfərlinin qeyd edilən saytda kompüter avadanlıqları ilə yanaşı, mobil telefon zənglərinin şaxtalaşdırılması, istənilən nömrədən hədəf nömrəyə zənglərin edilməsi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsinin (OTP) qarşı tərəfə göndərilməsi funksiyalarına malik və kibercinayətlərin törədilməsində istifadə olunan digər zərərli proqramların satışını da həyata keçirdiyi müəyyən edilib.

Qeyd edilib ki, saxlanılan şəxs həmin proqramların satışını kriptovalyuta qarşılığında həyata keçirib. O, proqramları almaq istəyən şəxslərdən bunun müqabilində müxtəlif məbləğlərdə USDT kriptovalyutasını istifadəsində olan virtual hesaba köçürülməsini tələb edib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin - kompüter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə şərait yaradılması maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31