Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstan nəqliyyat infrastrukturuna 35 milyard dollar sərməyə qoyub

Qazaxıstan nəqliyyat infrastrukturuna 35 milyard dollar sərməyə qoyub

31.10.2025 [21:26]

Qazaxıstan Şərq ilə Qərb arasında geosiyasi və geoiqtisadi körpü rolunu oynayır.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov “KGIR-2025” qlobal investisiya dəyirmi masası zamanı bildirib.

O, ölkəsinin inkişaf etməkdə olan nəqliyyat və enerji dəhlizləri üçün mühüm mərkəz olduğunu qeyd edib.

Nazir müavini əlavə edib: “Son onilliklər ərzində Qazaxıstan nəqliyyat infrastrukturunun inkişafına 35 milyard dollardan çox sərmayə qoyub, o cümlədən 21 min kilometr dəmir yolu, 95 min kilometr avtomobil yolu və iki Xəzəryanı liman - Aktau və Kurık istifadəyə verilib” .

Alibek Kuantırov qeyd edib ki, hazırda Qazaxıstandan səkkiz beynəlxalq dəhliz keçir.

“Bu, Qazaxıstanı “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzinə və Çin, Avropa İttifaqı və Mərkəzi Asiya üçün əsas nəqliyyat tərəfdaşına çevirir”, - deyə nazir müavini bildirib.

O, Orta Dəhlizin ən dinamik marşrut olduğunu vurğulayıb. 2024-cü ildə bu marşrut üzərindən tranzit həcmi 60% artaraq 4-5 milyon tona çatıb.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31