Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çin Yaponiya ilə sabit əlaqələr qurmaq üçün əməkdaşlıq etməyə hazırdır

Çin Yaponiya ilə sabit əlaqələr qurmaq üçün əməkdaşlıq etməyə hazırdır

31.10.2025 [21:59]

Cənubi Koreyanın Kyoncu şəhərində davam edən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv tərəflərin liderlərinin 32-ci Zirvə Toplantısı çərçivəsində Çin Sədri Si Cinpin ilə Yaponiyanın Baş naziri Sanae Takaiçi arasında görüş baş tutub.

AZƏRTAC xəbər verir ki, bu, Sanae Takaiçinin Baş nazir vəzifəsinin icrasına başlamasından sonra Çin lideri ilə ilk görüşü olub.

Çinə qarşı nisbətən sərt mövqedə olan siyasətçi kimi tanınan Takaiçinin rəhbərlik etdiyi hökumət dövründə 2 ölkənin münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə dair gözləntilər qeyri-müəyyəndir. Yaponiya mediası Çin liderinin Sanae Takaiçini Baş nazir seçilməsi münasibətilə təbrik məktubu göndərmədiyini iddia edir. İki ölkə arasında tarixi, ərazi və digər məsələlər dair fikir ayrılıqları var. Bütün bu qeyd olunanların fonunda Si Cinpin-Sanae Takaiçi görüşü diqqət doğurur.

Çinin rəsmi mediası bildirir ki, Si Cinpin Çin-Yaponiya münasibətlərini düzgün istiqamətdə birgə inkişaf etdirmək üçün Yaponiyanın Baş naziri ilə əlaqə saxlamağa, Çinin yeni dövrün tələblərinə cavab verən konstruktiv, sabit ikitərəfli əlaqələr qurmaq üçün Yaponiya ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31