Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Daha operativ, dəqiq və şəffaf qiymətləndirmə

Daha operativ, dəqiq və şəffaf qiymətləndirmə

27.11.2025 [11:45]

“Ərzaq təminatı xəritəsi” sistemi ərzaq məhsulları ilə təminat səviyyəsinin qiymətləndirilməsində mühüm informasiya mənbəyi olacaq

Prezident İlham Əliyev “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə “Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılacaq. İnformasiya sistemi ərzaq təminatı sahəsində mövcud vəziyyəti təhlil edərək bunun əsasında etibarlı və dayanıqlı informasiya bazası  formalaşdıracaq, habelə bazada toplanmış informasiyaların köməyilə digər müvafiq qurumların ərzaq ehtiyacı və təminatı barədə məlumatlara əlçatanlığı təmin olunacaq. Nəticədə Azərbaycanın ərzaq mallarına dair bütün zəruri informasiyalar vahid datada toplanmaqla ərzaq təhlükəsizliyi strategiyasının mühüm qolu kimi illik məlumatlar üzrə qərarların qəbul edilməsinə imkan yaranacaq. Bu prosesdə əlaqələndirici dövlət qurumlarından biri kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemin “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsini, habelə sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsini təmin edəcək.

Ərzaq təminatı ilə bağlı risklər daha tez müəyyən ediləcək

Dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq bazarının tənzimlənməsində səmərəli istehsal-tədarük-satış siyasəti həyata keçirməsi mühüm əhəmiyyət kəsb edir. Qlobal və regional səviyyələrdə ərzaq təchizatı sistemlərində pozulmaların baş verməsi və digər amillər milli ərzaq təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırır və ölkənin ərzaq balansı göstəricilərini tam dəqiqliklə müəyyənləşdirən informasiya sisteminin yaradılmasını ön plana çıxarır. Bu baxımdan yetkin və yığcam informasiya bazası sayəsində makro və mikro səviyyədə məlumatları təhlil etməklə ərzaq təchizatı sayəsində riskləri daha tez və operativ həll etmək mümkün olur. Milli ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən, dövlət, özəl və xarici biznes sektorunun təmsilçiləri arasında qarşılıqlı informasiya mübadiləsi mexanizmi qurulur, qiymətlənmə üzrə vahid strategiya formalaşır. Bu isə ərzaq təminatı üçün qabaqlayıcı addımların atılmasını, istehsal-idxal infrastrukturunu qurmaqda əhəmiyyət kəsb edir.

Bu meyarları nəzərə aldıqda “Ərzaq sistemi xəritəsi” ümumi olaraq ərzaq təhlükəsizliyi ilə bağlı strateji məqsədlərə çatmaqda yeni innovasiya aləti hesab edilə bilər.

Düzgün və səhih məlumatlar istehsalı optimallaşdıracaq

Platforma ərzaq təminatı üzrə statistika və balansının daha da dürüstləşməsi, şəffaf informasiya datasının formalaşmasında mühüm rol oynayacaq. Ərzaq balansının bütün bölmələri, o cümlədən, bitkiçilik və heyvandarlıq məhsulları, sənaye emalı, yeyinti və ərzaq məhsullarının ehtiyatları və istifadəsinə dair statistik məlumatlar tam dəqiqliklə və kəmiyyətlər üzrə vahid informasiya bazasında toplanmaqla, dövlət qurumları arasında məlumat mübadiləsi güclənəcək. Belə ki, istehsal edilən ərzaq mallarının həcmi və dövriyyəsi, xaricdən idxal edilən yeyinti məhsullarının həcmi və dəyəri, habelə ərzaq xammalı üçün xaricdən gətirilən komponentlər, idxal və ixrac dinmaikası, bir sözlə, ərzaq istehsalı zəncirinə dail olan bütün faktorlar informasiya blokunda təsnifləşdirilərək yekun balans məlumatları əldə ediləcək.

Bu əlaqələndirmə siyasəti sayəsində müvafiq qurumlar hər nəfərə düşən gündəlik ərzaq istehlakı normasını da tam müəyyən edəcək və ərzaq təminatı ilə bağlı qərarların daha səmərəli şəkildə qəbuluna şərait yaranacaq. Nəticədə yerli istehsalın dəstəklənməsi, daxili bazarın tələbatının düzgün qiymətləndirilməsi və ərzaq məhsullarının yerli payının artırılması baxımından da yeni imkanlar açılacaq.

Həmçinin, aqrar sektora dövlət dəstəyi tədbirləri çərçivəsində güzəştli kreditlərin və subsidiyaların verilməsində sahələrarası dəyər əsasında düzgün qiyməti və məbləği də təyin edəcək. Dolğun və səhih məlumatlar həm istehsalçıların, həm də dövlət strukturlarının fəaliyyətinin optimallaşdırılmasına xidmət edəcək, hərtərəfli və geniş məlumat bazası əsasında təhlil və proqnozlşadırma işinin səmərəliliyi artacaq ki, bu da aqrar-sənaye kompleksinin bütün iştirakçıları üçün yol xəritəsini müəyyənləşdirəcək.

Nəticə etibarilə informasiya sistemi Azərbaycanda əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin qiymətləndirilməsini təmin etməklə, ərzaq təhlükəsizliyinin gücləndirilməsində mühüm mənbə rolunu oynaycaq.

Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində mövqeyimiz daha aydın olacaq

Ərzaq əlçatanlığının mikro və makro səviyyələrdə iqtisadi qiymətləndirilməsi, qidalanma üzrə etibarlı və təhlükəsiz informasiya sisteminin yaradılması həm də beynəlxalq təsisatlar tərəfindən irəli sürülən əsas meyarlardan biridir. Ərzaq göstəriciləri datası dünya ölkələrinin qlobal indekslərdə reytinq indeksinin müəyyən edilməsində də başlıca rol oynayır. Bu göstəricilər əsasında Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi (QƏTİ) müəyyənləşdirilir. Həmin meyar, həmçinin ərzaq məhsullarının təhlükəsizliyi indeksi də daxil olmaqla ərzaq təhlükəsizliyinin hərtərəfli qiymətləndirilməsini özündə əks etdirir. QƏTİ milli və beynəlxalq statistik mənbələrdən, o cümlədən Dünya Bankı, FAO, Dünya Səhiyyə Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Dünya Resursları İnstitutundan alınan məlumatlara əsaslanır və 58 fərqli indikator əsasında qurulur. Nəticədə, ərzaq məhsullarının əlçatanlığı göstəricisi təyin edilir. Göründüyü kimi, ərzaq təminatı üzrə güclü informasiya sisteminin yaradılması Azərbaycanın beynəlxalq səviyyədə indekslər üzrə ətraflı məlumatlara çıxışını da təmin edəcək, mövqeyini daha da yaxşılaşdıracaq.

Beləliklə, “Ərzaq təminatı xəritəsi” informasiya bazası ərzaq təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı məlumatların vahid platformada toplanmasını, sistemləşdirilməsini və xəritə formasında təqdim edilməsini təmin etməklə, daha operativ, dəqiq və şəffaf qiymətləndirilməyə imkan yaradacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30