Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kuba Respublikasına səfər edib
26.11.2025 [17:28]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Kuba Respublikasına səfər edib.
Kuba Kommunist Partiyasının (KKP) dəvəti əsasında baş tutan səfər çərçivəsində Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudes nümayəndə heyətini qəbul edib.
Qəbul zamanı Azərbaycan ilə Kuba arasında münasibətlərin tarixi köklərə əsaslandığı qeyd olunaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun bu istiqamətdə müstəsna xidmətləri vurğulanıb. Bu gün ölkələrarası münasibətlərin səmimi dostluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanmaqla uğurla inkişaf etdiyi bildirilib. Fəal siyasi dialoq şəraitində iqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm, aqrar və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq üçün mühüm potensialın mövcud olduğu qeyd edilib. İstər Azərbaycan, istərsə də Kubanın müasir beynəlxalq münasibətlər sisteminin fəal subyekti kimi milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsinin əhəmiyyəti nəzərə çatdırılıb. Vurğulanıb ki, mürəkkəb qlobal problemlərlə müşayiət olunan və yeni geosiyasi reallıqların meydana çıxdığı müasir dövrdə iki dost ölkənin prinsipial mövqe sərgiləməklə beynəlxalq müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar səviyyəsində səmərəli işbirliyini davam etdirməsi dövlət mənafelərinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Kubaya qarşı iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulmasının zəruriliyinə dair BMT Baş Assambleyasında müzakirəyə çıxarılan qətnamə layihələrinin lehinə Azərbaycanın hər zaman səs verdiyi, həmçinin Kubanın ölkəmizin regionda sülh, sabitlik və təhlükəsizlik məsələlərinə dair haqlı və ədalətli mövqeyini bölüşdüyü xatırladılaraq iki ölkənin beynəlxalq hüquq normalarına əsaslanmaqla bir-birinin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək verdikləri xüsusi vurğulanıb.
Azərbaycan-Kuba münasibətlərinin gələcək inkişafında hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyasının rolu diqqətə çatdırılıb, təmaslar və qarşılıqlı səfərlərin faydalı təcrübə mübadiləsinin aparılması, eləcə də məhsuldar işbirliyinin gücləndirilməsi nöqteyi-nəzərindən önəmi qeyd olunub.
Nümayəndə heyətinin Xalq Hakimiyyəti Milli Assambleyasının və Dövlət Şurasının sədri Xuan Esteban Lazo Hernandes ilə də görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudesin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verdikləri bildirilib. Siyasi partiyalar və parlamentlər arasında əlaqələrin Azərbaycan-Kuba münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti qeyd olunub.
Görüş zamanı istər Azərbaycan, istərsə də Kubanın milli maraqlar və beynəlxalq hüquq normalarını əsas götürərək dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarı olduğu bildirilib. Yeni geosiyasi reallıqlar fonunda müstəqil siyasət yürüdən dövlətlərə qarşı ikili standartlara əsaslanan siyasətin beynəlxalq təhlükəsizlik və əməkdaşlığa təhdid yaratdığı vurğulanaraq bu hallara qarşı qətiyyətli mübarizənin önəmi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
KKP Mərkəzi Komitəsi Katibliyinin üzvü Xose Ramon Monteaqudo Ruiz və Kuba Respublikasının xarici işlər nazirinin birinci müavini Herardo Penyalver Portal ilə görüşlər zamanı isə YAP nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmi vurğulanaraq qarşılıqlı fikir mübadiləsinin əlaqələrin mövcud vəziyyəti və perspektiv imkanların müzakirəsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilib.
Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi də imzalanıb. Sazişi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və KKP Mərkəzi Komitəsi Katibliyinin üzvü Xose Ramon Monteaqudo Ruiz imzalayıblar.
Partiyalar arasında çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və mühüm prioritetləri müəyyənləşdirən Əməkdaşlıq Sazişinin imzalanmasının dövlətlər arasındakı əlaqələrin mühüm tərkib hissəsi kimi partiyalararası münasibətlərdə yeni mərhələnin əsasını qoyacağı və çoxşaxəli əməkdaşlığa xidmət edən siyasi-hüquqi əsasları möhkəmləndirəcəyi vurğulanıb. İki dost ölkənin maraqlarının və hakim partiyaların ortaq hədəflərinin əks olunduğu Sazişdən irəli gələn vəzifələrin icra olunması nəticəsində ortaq hədəflərin gerçəkləşdiriləcəyinə əminlik ifadə olunub.
Nümayəndə heyəti Fidel Kastro Mərkəzini də ziyarət edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

