Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır
01.02.2026 [14:22]
Avropa İttifaqının (Aİ) Gömrük İttifaqına daxil olan ölkə kimi Türkiyə Aİ ilə Hindistan arasında bağlanmış Azad Ticarət Sazişi fonunda Hindistan məhsullarına tətbiq edilən idxal rüsumlarının azaldılmasını planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Brüssel ilə Yeni Dehli arasında bağlanmış yeni sazişlə bağlı Türkiyə bazarına mümkün zərər barədə iddiaları şərh edərkən bildirib.
“Ankaranın belə bir gündəliyi və planları yoxdur”, – deyə türkiyəli nazir vurğulayıb və Türkiyə məhsullarının yüksək rəqabət qabiliyyətinə malik olduğunu qeyd edib.
Ö.Bolat izah edib ki, qlobal ticarət mərkəzlərinin dəyişməsi fonunda Avropa İttifaqı ənənəvi bazarlardan asılılığın azaldılması istiqamətində addımlar atır. “Hazırda imzalanan Azad Ticarət Sazişlərinə məhz Aİ-nin ticarət tərəfdaşlarını diversifikasiya etmək səyləri prizmasından baxmaq lazımdır”, – deyə Türkiyənin ticarət naziri hesab edir.
Onun sözlərinə görə, Hindistan dünyanın beşinci ən böyük iqtisadiyyatı olmasına baxmayaraq, bu ölkənin ixrac həcmi ÜDM-in cəmi 11 faizini təşkil edir, ixracın idxala nisbəti isə 62 faizə çatır. “Yəni Hindistan iqtisadiyyatı və sənayesi daha çox daxili bazara yönəlib. Aİ-nin Hindistanın əsas ixrac məhsullarına tətbiq etdiyi tariflər hazırda da çox aşağıdır. Buna görə də saziş mahiyyət etibarilə Aİ-yə Hindistan bazarına daha geniş çıxış imkanı yaradır. Aİ tariflərinin indiki aşağı səviyyəsini və Hindistanın ixracının ümumi strukturunu nəzərə alsaq, Türkiyə şirkətləri üçün narahatlıq doğuran səbəblər yoxdur. Bu saziş ölkəmiz üçün Aİ bazarında əhəmiyyətli pay itkilərinə səbəb ola bilməz”, – deyə Ö.Bolat bildirib.
O, vurğulayıb ki, Ankara iqtisadi prosesləri diqqətlə izləyir və Hindistan məhsullarının Aİ bazarları vasitəsilə Türkiyəyə kütləvi şəkildə daxil olması riski yarandığı halda müvafiq tədbirlər görməyə hazırdır.
Türkiyəli nazir əlavə edib ki, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik şəraitində Türkiyə də satış bazarlarının genişləndirilməsini hədəfləyir.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

