Vətənpərvər gənclik qalib Azərbaycanın etibarlı gələcəyidir
02.02.2026 [11:59]
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Zəfər konsepsiyası və Azərbaycançılıq ideologiyası kontekstində müasir gəncliyin prioritet vəzifələri” mövzusunda tədbir və “Qış məktəbi”nin bağlanış mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Azərbaycanda gənclər siyasəti barədə videoçarx nümayiş etdirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, partiyanın Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, 2 fevral - Azərbaycan Gəncləri Günü Ulu Öndər Heydər Əliyevin gənclərə hədiyyəsi, yüksək diqqət və qayğısının bariz nümunəsidir. Qeyd olunub ki, Ümummilli Lider tərəfindən 1 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilməyə başlanıb ki, bu da Azərbaycan gəncliyinə verilən yüksək dəyərin göstəricisidir.
Natiqlər Ulu Öndər Heydər Əliyevin mənəvi mirası olan azərbaycançılıq ideologiyası əsasında vətənpərvərlik ruhunda yetişən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük rəşadət göstərmiş gənclərin qarşısında duran başlıca vəzifələrdən bəhs ediblər. Qeyd olunub ki, vətənpərvər gənclik qalib Azərbaycanın etibarlı gələcəyidir.
Çıxışlardan sonra YAP Nizami rayon təşkilatının 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil etdiyi “Qış məktəbi”nin bağlanış mərasimi olub. Yanvar ayının 26-dan 30-dək keçirilmiş “Qış məktəbi” haqqında videoçarxın nümayişindən sonra gənclər adından rayon təşkilatının könüllüsü Aytac Şahverənli, “Qış məktəbi”nin könüllü iştirakçısı, qardaş Türkiyə Respublikasının hakim Ədalət və İnkişaf Partiyasının Gənclik qollarının üzvü Can Yücel təəssüratlarını bölüşüblər.
Daha sonra Nizami rayonunun ictimai və mədəni həyatında fəallığına görə bir qrup gənc Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə bir qrup gənc fəxri fərmanlar, təşəkkürnamələr, eləcə də rayon təşkilatının könüllülük layihəsinin məzunları və “Qış məktəbi”ni uğurla başa vuran iştirakçılar sertifikatlar ilə təltif ediliblər.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

