Dövlət qayğısı və parlaq gələcək
02.02.2026 [13:57]
Gənclər hər bir dövlətin gələcəyini müəyyən edən əsas qüvvədir. Onların bilik səviyyəsi, vətənpərvərliyi və ictimai fəallığı ölkənin davamlı inkişafının başlıca göstəricisidir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşmış və bu sahədə mühüm uğurlar əldə edilmişdir. Bu uğurların rəmzi olaraq hər il 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd olunur.
Azərbaycan Gəncləri Günü 1997-ci il fevralın 2-də keçirilmiş Azərbaycan gənclərinin I Forumu ilə əlaqədardır. Bu forum ölkənin ictimai həyatında mühüm hadisə olmaqla yanaşı, gənclərin problemlərinin və perspektivlərinin müzakirə edildiyi geniş platforma olmuşdur. Forumun tarixi əhəmiyyətini nəzərə alan Ümummilli Lider Heydər Əliyev 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan etmişdir. Bununla da Azərbaycan gənclərə xüsusi gün həsr edən ilk ölkələrdən biri olmuşdur.
Azərbaycan gənclər siyasətinin elmi və ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. O, gəncləri ölkənin gələcəyi, dövlətin dayağı kimi dəyərləndirmiş, onların milli-mənəvi ruhda, vətənpərvər və savadlı yetişməsini prioritet hesab etmişdir. Ulu öndər Heydər Əliyev daim vurğulayırdı ki, müstəqil Azərbaycanın möhkəm və davamlı inkişafı gənclərin düzgün tərbiyəsindən asılıdır. Bu strateji xətt bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyev gənclərin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirir. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycan gəncləri müasir düşüncəli, savadlı və vətənpərvərdir. Onun rəhbərliyi ilə gənclərin təhsili, məşğulluğu, innovasiya və startap fəaliyyəti, beynəlxalq layihələrdə iştirakı üçün geniş imkanlar yaradılmışdır. Gənclərin dövlət idarəçiliyinə cəlb olunması Prezidentin gənclərə olan böyük etimadının göstəricisidir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərliyinin, igidliyinin və fədakarlığının parlaq təzahürü olmuşdur. Minlərlə gənc Vətən torpaqlarının azadlığı uğrunda döyüşərək tarix yazmış, şəhidlik zirvəsinə ucalmış və qəhrəmanlıq nümunəsi göstərmişdir.
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı və sonrakı çıxışlarında gənclərin rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, Qələbəmizin əsas təminatçısı məhz Azərbaycan gəncliyi olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, gənc əsgər və zabitlərimizin döyüş meydanındakı şücaəti, nizam-intizamı və yüksək mənəvi ruhu dövlətin gənclər siyasətinin uğurlu nəticəsidir. Bu Qələbə Azərbaycan gəncliyinin milli ruhda tərbiyə olunduğunu bütün dünyaya sübut etmişdir.
2025-ci ildə Azərbaycanda gənclərin ictimai inkişafı, könüllülük fəaliyyəti, sosial layihələrdə iştirakı və innovativ təşəbbüsləri daha da genişlənmişdir. Gənclər təşkilatlarına dövlət dəstəyi artırılmış, regionlarda gənclər evləri və inkişaf mərkəzləri fəal şəkildə fəaliyyət göstərmişdir. Eyni zamanda, gənclərin sosial rifahının yüksəldilməsi, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunmuşdur.
2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərə göstərilən yüksək dövlət qayğısının və etimadın təzahürüdür. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin gələcəyini etibarlı əllərində daşıyırlar. Vətən müharibəsində qazanılmış tarixi Qələbə isə gəncliyimizin gücünün, birliyinin və vətənə sədaqətinin ən möhtəşəm sübutudur.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32

