Daşkəsən rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub
02.02.2026 [22:07]
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı, rayon üzrə Gənclər və İdman Sektoru, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi, rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup fəal gəncin toplantısı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ucaldılmış xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində davam edən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Toplantını giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərində uğurlar arzulayıb. İcra başçısı Orxan Abbasov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev gəncləri ölkəmizin gələcəyi və inkişafı üçün əsas strateji resurs hesab edir. Dövlət başçısının həyata keçirdiyi siyasət Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, onların təhsildə, mədəniyyətdə, idmanda və ictimai fəaliyyətlərdə uğur qazanmasına yönəlmişdir. Ölkə gənclərinin fiziki və mənəvi sağlamlığı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və tərəqqisi üçün yaradılan şərait və imkanlar dövlət başçısının bu sahəyə böyük qayğısına əyani sübutdur. Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində yüksək vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunələri göstərərək torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmiş, xalqımıza böyük Qələbə sevincini yaşatmışdır. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının aşkar edilməsi sahəsində reallaşdırılan çoxsaylı layihələr də təqdirəlayiqdir.
Rayon rəhbəri onu da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq və Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Daşkəsən gəncləri ölkəmizin gənclər siyasətinin fəal iştirakçılarıdır. Onlar milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, təhsilə, mədəniyyətə, idmana və innovasiyalara maraq göstərən bir qüvvə olaraq rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm yer tuturlar. Gənclər həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliği yolunda qüvvə və bacarıqlarını əsirgəmirlər.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxış edərək Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onların dövlətçilik ənənələrinə sadiq, fəal və təşəbbüskar mövqeyini yüksək qiymətləndirib.
Daşkəsən rayon Gənclər və İdman sektorunun müdiri Samir Həsənov Azərbaycan Gəncləri Günü münasibətilə toplantı iştirakçılarını təbrik etdikdən sonra sektor tərəfindən 2025-ci ildə Daşkəsəndə gənclər və idman sahəsində görülən işlər haqqında məlumat verib.
Gənclərdən çıxış edən Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən rayon xidmət şöbəsinin baş mütəxəssisi Elvin Verdiyev, Daşkəsən rayon Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəbinin müəllimi Günay Qasımova Ulu Öndər Heydər Əliyevin çoxşaxəli gənclik strategiyası barədə danışaraq bildiriblər ki, bu gün ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti dəstəkləyir, daim cənab Prezidentin yanında olduqlarını nümayiş etdirirlər.
Müzakirə formatında davam edən toplantıda gənclər müxtəlif mövzular ətrafında müzakirə aparıblar və onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra müasir müstəqil Azərbaycan gəncliyinə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonda rayonun sosial-iqtisadi və ictimai həyatında fəal iştirakına görə, həmçinin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

