Qaradağda Gənclər günü qeyd edilib
03.02.2026 [10:54]
2026-cı il fevralın 2-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Gənclər və İdman Nazirliyi Qaradağ rayon sektorunun və Mərkəzin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsi önünə çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Tarixə ekskurs edən Qafar Əliyev müstəqilliyin bərpasının ilk illərində yaranmış ağır vəziyyətdən, gənclərin başlı-başına buraxılmasından, digər sahələrdə olduğu kimi burada da ağır böhranın mövcud olmasından bəhs edib. O bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin gənclər siyasətinin formalaşması istiqamətində ardıcıl addımlar atılıb, Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumundan sonra ölkədə Gənclər Günü təsis edilib, bu istiqamətdə xüsusi dövlət proqramları hazırlanaraq həyata keçirilib.
Tədbirdə digər çıxış edənlər: Gənclər və İdman Nazirliyi Qradağ rayon sektorunun müdiri Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Dilarə Məmmədova Vətən müharibəsi qazisi Bəhrəm Rəcəbli, 6 saylı Uşaq Somatik Sanatoriyasının tərbiyəçisi Türkanə Əliyeva, Ələt uşaq bağçasının müəllimi, ABŞ Psixoloqlar Assosiasiyasını üzvü Rəna Haqverdiyeva, Heydər Əliyev mərkəzinin əməkdaşı Nuranə Darvinbəyova və başqaları çıxış edərək ölkəmizdə gəncliyin intellektual inkişafı, təhsili, onların sosial problemlərinin həlli, vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən ətraflı bəhs ediblər.
Sonra YAP-a yeni qəbul edilənlərə üzvlük vəsiqələri verilib, 2 Fevral -
Gənclər Günü münasibətilə bir qrup gənc fəala Fəxri Fərmanlar təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

