BMT Baş katibi: 2026-cı il Yaxın Şərq böhranının həllini yaxınlaşdıra bilər
04.02.2026 [19:57]
Yaxın Şərq üzrə sülh prosesi yol ayrıcına çatıb və 2026-cı il tərəfləri ya həll yoluna yaxınlaşdıra, ya da böhranın daha da dərinləşməsinə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş bu xəbərdarlığı Fələstin xalqının hüquqlarının həyata keçirilməsi üzrə Komitənin sessiyasının açılışında edib.
BMT rəhbərinin sözlərinə görə, Baş Assambleya tərəfindən ötən il qəbul edilmiş Nyu-York Bəyannaməsi iki dövlətli nizamlanma üzrə praktik həll təqdim edir. Lakin yerlərdəki vəziyyət həlledici olaraq qalır.
Baş katib qeyd edib ki, oktyabr ayında əldə edilən razılaşmalara baxmayaraq, Qəzzada zorakılıq davam edir. “Mən bütün tərəfləri razılaşmanı tam şəkildə yerinə yetirməyə, maksimum təmkin göstərməyə, beynəlxalq hüquqa və BMT qətnamələrinə əməl etməyə çağırıram. Həmçinin “Rəfah” keçid məntəqəsi də daxil olmaqla, tələb olunan miqyasda humanitar yardım üçün sürətli və maneəsiz çıxışa çağırıram”, - deyə Quterreş bildirib.
BMT Baş katibi humanitar fəaliyyətlərə qoyulan məhdudiyyətlərin mülki əhalinin əzablarını daha da artırdığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Fələstin ərazilərini idarə edən tanınmış bir hökumət olmadan davamlı həll yolu mümkün deyil.
A.Quterreş siyasi həllin alternativi olmadığını vurğulayıb: “Yalnız bir mümkün yol var: beynəlxalq hüquqa və müvafiq Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq iki dövlətli həll yolu”.
Baş katib çıxışının sonunda üzv dövlətləri bu məqsədə dəstək olmaq üçün qətiyyətli və razılaşdırılmış tədbirlər görməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

