Zəngin İslam dəyərlərinə böyük hörmət
05.02.2026 [10:37]
Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib və Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbirə qatılıb
Tarixdən gələn milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi, həmçinin ölkəmizi fərqləndirən tolerantlıq ənənələrinin davam etdirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətləri kimi müəyyənləşdirilib. Öz növbəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər iki istiqamətdə dövlət siyasətinin səmərəliliyinin artmasına davamlı töhfələr verir. Bu günlərdə fondun vitse-prezidenti Leyla Əliyevanın Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət etməsi və Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbirdə iştirakı bunun növbəti təsdiqidir.
Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsində fəal rolu
Leyla Əliyevanın Əbu-Dabidə ziyarət etdiyi Şeyx Zayed məscidi dünyanın ən böyük 6 məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Məscidin tikinti işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni anda ibadət edə bilər. Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran oxunur.
Leyla Əliyevanın Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət etməsi Azərbaycanda milli-mənəvi dəyərlərə böyük hörmətlə yanaşılmasının, ölkəmizin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verməsinin əyani ifadəsidir. Azərbaycan İslam dünyasının bir parçası olmaqdan qürur duyur. Ölkəmizin ərzisində İslam sivilizasiyasına aid çoxlu tarixi abidələr var və onlar dövlət tərəfindən qorunurlar. Müstəqillik dövründə isə Bakıda əzəmətli Heydər Əliyev məscidi inşa olunaraq inanclı insanların istifadəsinə verilib.
Eyni zamanda, Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub və həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. Respublikamızın QH-da sədrliyi də bir sıra uğurlarla yadda qalıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin noyabrında Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə toplantısında fəxri qonaq qismində iştirak edib. Xatırladaq ki, 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında o zamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib.
Bütün bu kimi faktlar Azərbaycanın İslam dünyası ilə əməkdaşlığa böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə siyasi dividentlər qazandırır. Ölkəmiz ərəb dövlətləri ilə həm yuxarıda qeyd olunan və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatlarda sıx əməkdaşlıq edir. Ərəb dövlətləri, xüsusilə də İslam coğrafiyasında yayımlanan mətbuat ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Geniş gündəliyə malik “İnsan Qardaşlığı Məclisi”
Leyla Əliyevanın Əbu-Dabidəki Zayed Milli Muzeyində qatıldığı “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbir geniş gündəliyə malik olub.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olunub.
Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış ediblər.
Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
“Zayed İnsan Qardaşlığı Mükafatı” barədə videoçarx nümayiş olunub. Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilir.
Tədbir çərçivəsində “Qadın liderliyi insan qardaşlığının təməlidir” adlı panel sessiyada İndoneziyanın keçmiş Prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser Qarsiya çıxış ediblər.
Panel sessiyada Leyla Əliyeva Azərbaycanın nümunəvi tolerantlıq mühiti barədə geniş məlumat verib. Hazırda sivilizasiyanın yüksək mərhələsinə çatan bəşəriyyət eyni zamanda bir sıra ciddi sınaqlarla üzləşib. Dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Dünyanın olduqca narahat mənzərəsinin ən diqqətçəkən amillərindən biri də mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır.
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın reallıqları tamam fərqli rakursdan diqqət çəkir. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərbaycanda oturuşmuş bir ənənədir. Eyni zamanda, tarixdən gələn ənənələr bu gün də yaşayır.
Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanda fərqli mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat tərzinin ayrılmaz hissəsi olduğunu bildirib. O, uşaqların mehriban mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğulayıb. Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva fond tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan, Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya əsaslı təmir edildiyini bildirib. Yeni texnologiyaların inkişafı ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla Əliyeva bu prosesin artıq başladığını deyib.
Leyla Əliyeva qeyd edib ki, həm valideynlər, həm də müəllimlər uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları dinləməyi bacarmalıdırlar.
Uşaqların sosial medianın mənfi təsirlərindən qorumağın əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirib.
Tədbirdə, həmçinin Pakistanın birinci xanımı Aseefa Bhutto Zərdari çıxış edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxHadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37

