Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

07.02.2026 [17:25]

Almaniyanın Sol Partiyası ildə 147 milyard avrodan çox gəlir gətirə biləcək sərvət vergisinin bərpasını təklif edir.

AZƏRTAC “Tagesschau”ya istinadla xəbər verir ki, Sol Partiya uzun müddətdir 1997-ci ildə dayandırılmış sərvət vergisinin yenidən tətbiqinə çağırır. Bu dəfə partiya Almaniya İqtisadi Araşdırmalar İnstitutuna (DIW) müraciət edərək təklifin dövlət büdcələrinə nə qədər vəsait gətirəcəyini hesablatdırıb. İl ərzində bu məbləğ təxminən 147,4 milyard avro təşkil edəcək. Sol Partiyanın hesablamalarına görə, nəzəri baxımdan bu vəsait Bavariyada çatışmayan 470 min mənzilin tikintisini maliyyələşdirməyə imkan verərdi, Türingendə isə uşaq bağçaları və körpələr evlərini ödənişsiz etmək olardı.

Sol Partiyanın təklifinə görə, şəxsi əmlak üçün 1 milyon avro, müəssisələrin aktivləri üçün isə 5 milyon avro həcmində vergidən azad limit müəyyən edilir. Bu məbləğədək fiziki şəxslər sərvət vergisi ödəməyəcək. Bu həddi aşan aktivlərə 1 faiz dərəcə ilə vergi tətbiq olunacaq. Aktivlərin həcmi 50 milyon avronu keçdikdə verginin 5 faizə, 1 milyard avronu aşdıqda isə 12 faizə yüksəldilməsi təklif olunur.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28