YAP Nəsimi rayon təşkilatının növbəti ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib
09.02.2026 [16:17]
2026-cı il fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Süleyman Rüstəm küçəsi 33 ünvanı üzrə (Bakı Slavyan Universiteti) ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda ərazi partiya təşkilatının 260 üzvündən 228 nəfəri iştirak edib.
İclasda gündəliyə uyğun olaraq ərazi partiya təşkilatının ötən beş illik fəaliyyəti haqqında hesabat dinlənilib və təşkilatın yeni sədri və sədr müavini seçilib.
İclasa sədrlik edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarına söykənən və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün ölkənin ən güclü siyasi təşkilatıdır. O, xüsusilə gənclərin partiya sıralarında fəallığının artmasını və bu fəallığın 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynadığını vurğulayıb. Azər Süleymanov partiya üzvlərinin sosial şəbəkələrdə fəaliyyətinin daha sistemli və koordinasiyalı şəkildə təşkilinin vacibliyini qeyd edib.
Daha sonra ərazi partiya təşkilatının sədri Sevinc Axundova ötən beş illik fəaliyyətlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 2021–2026-cı illər ərzində təşkilat partiyanın Nizamnamə və Proqramına uyğun olaraq fəaliyyət göstərib, gənclərlə ideoloji işin aparılması, milli-mənəvi dəyərlərin təbliği, sosial şəbəkələrdə təbliğat-təşviqat işlərinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Hesabat dövründə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində partiya üzvlərinin fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Hesabat məruzəsi ətrafında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, rektorun məsləhətçisi Ənvər Abbasov, Elmi işlər və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən Əsgər Əhməd, Pedaqogika kafedrasının müdiri Piralı Əliyev çıxış edərək ərazi partiya təşkilatının fəaliyyətini müsbət qiymətləndiriblər.
Səsvermə nəticəsində ərazi partiya təşkilatının beş illik fəaliyyəti yekdilliklə qənaətbəxş hesab edilib.
Sonra təşkilati məsələlərə baxılıb. Bakı Slavyan Universitetinin Tədris məsələləri üzrə prorektoru Cahangirov Fikrət Fətiş oğlunun ərazi partiya təşkilatının sədri, dekan Allahverdiyeva Günel Teyyub qızının isə sədr müavini vəzifələrinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində hər iki namizəd yekdilliklə seçilib.
İclasın sonunda qəbul edilmiş qərara əsasən, Cahangirov Fikrət Fətiş oğlu ərazi partiya təşkilatının sədri, Allahverdiyeva Günel Teyyub qızı isə sədr müavini seçiliblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

