Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan–ABŞ münasibətləri daha dayanıqlı, çevik və effektiv tərəfdaşlıq modelinə çevrilir

Azərbaycan–ABŞ münasibətləri daha dayanıqlı, çevik və effektiv tərəfdaşlıq modelinə çevrilir

12.02.2026 [16:42]

2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə birgə işçi qrupunun yaradılması Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu proses göstərdi ki, tərəflər münasibətləri situativ maraqlar üzərində deyil, uzunmüddətli strateji hədəflər əsasında qurmağa üstünlük verirlər.

2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya rəsmi səfəri isə həmin strateji kursun davamlılığının və siyasi iradənin real təsdiqi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti ilə birgə mətbuata bəyanatı son aylarda regionda formalaşan yeni siyasi reallıqların mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu bəyanat təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazda sülh, əməkdaşlıq və qlobal inteqrasiya perspektivlərini əks etdirən strateji baxışı nümayiş etdirir.

Prezident İlham Əliyev ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə birgə bəyanatında qeyd edib ki, altı ay əvvəl Prezident Donald Trampla Vaşinqtonda keçirilmiş tarixi görüş və Xartiyanın hazırlanması ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açıb:

“Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə qururuq. Hörmətli qonaqla imzaladığımız sənəddə əməkdaşlığımızın müxtəlif istiqamətləri öz əksini tapıb. Biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında birgə fəaliyyət göstərəcəyik. Eyni zamanda enerji təhlükəsizliyi məsələlərində də əməkdaşlığımız genişlənəcək. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onlardan 11-i NATO üzvü və ABŞ-ın müttəfiqidir”.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də birgə bəyanatında bildirib ki, Azərbaycanda müzakirə və elan ediləcək çoxsaylı məsələlər mövcuddur:

“Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq”.

Vitse-prezidentin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin son illərdə dinamik inkişaf etdiyini göstərən mühüm siyasi hadisədir. Bu səfər ilk növbədə Vaşinqtonla Bakı arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və regional məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Siyasi-analitik prizma ilə yanaşdıqda, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Prezident İlham Əliyevlə birgə bəyanatları ABŞ–Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin siyasi konturlarını müəyyənləşdirir. “Biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək” ifadəsi dəyişən qlobal konfiqurasiya fonunda ABŞ-ın Cənubi Qafqaz siyasətinə yenilənmiş baxışının ifadəsidir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Vens tərəfdaşlığı konkret funksional nəticələr üzərindən əsaslandırır: sülhün təşviqi, bazarlara çıxışın genişləndirilməsi, toqquşmaların qarşısının alınması və əməkdaşlıq mühitinin gücləndirilməsi. Bu kontekstdə fundamental siyasi-analitik sual meydana çıxır: ABŞ üçün Azərbaycan bu mərhələdə ortaq dəyərləri bölüşən tərəfdaşdır, yoxsa konkret strateji funksiyaları yerinə yetirən aktordur?

Məhz bu sual Vaşinqton–Bakı xəttində baş verən transformasiyanın mahiyyətini anlamaq baxımından açar rolunu oynayır. Prezident İlham Əliyevin mətbuata bəyanatı təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi və institusional çərçivənin gücləndirilməsi istiqamətində strateji yol xəritəsinin formalaşdırıldığını aydın şəkildə göstərir. Bu yanaşma Azərbaycan–ABŞ münasibətlərini daha dayanıqlı, çevik və effektiv tərəfdaşlıq modelinə çevirir.

Hazırkı mərhələdə ABŞ–Azərbaycan münasibətləri maraqların koordinasiyası və strateji funksiyaların paylaşılması üzərində qurulan yeni siyasi modelə doğru inkişaf edir. Bu model region üçün həm yeni imkanlar açır, həm də yeni geosiyasi reallıqlar formalaşdırır. Cənubi Qafqaz artıq idarə olunan sabitlik və strateji əməkdaşlıq platforması kimi təqdim olunur.

Təhlükəsizlik sahəsində dərinləşən əməkdaşlıq regional sabitliyin möhkəmlənməsinə, institusional mexanizmlərin təkmilləşdirilməsi isə əldə olunan razılaşmaların real və ölçülə bilən nəticələrə çevrilməsinə şərait yaradır.

Nəticə etibarilə, bu səfər Azərbaycan–ABŞ strateji tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir və qarşıdakı dövrdə daha genişmiqyaslı əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır.

Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28