Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
13.02.2026 [13:39]
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkənin inkişaf strategiyasında rəqəmsal transformasiyanın prioritet istiqamətə çevrildiyini bir daha təsdiqləmişdir. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın uzunmüddətli investisiya siyasətinin nəticələrini və gələcək hədəflərini kompleks şəkildə əks etdirir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi mühüm üstünlükdür. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur. Bu investisiyaların əhəmiyyətli hissəsini xarici kapital təşkil edir və onların qorunması həm qanunvericilik bazası, həm də praktik idarəetmə mexanizmləri vasitəsilə təmin olunur. İnvestor hüquqlarının etibarlı müdafiəsi hər bir ölkənin dayanıqlı inkişafının əsas şərtlərindən biri olmaqla yanaşı, Azərbaycanın da iqtisadi yüksəlişini müəyyən edən amillərdəndir.
Azərbaycanın neft-qaz layihələrinin 30 ildən artıq müddətdə müqavilə şərtlərinə uyğun və ardıcıl şəkildə icra olunması ölkənin etibarlı tərəfdaş imicini formalaşdırmışdır. Bu təcrübə rəqəmsal iqtisadiyyatın qurulması və qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq prosesində də mühüm rol oynamalıdır. Rəqəmsal arxitekturanın formalaşdırılması mövcud iqtisadi modelin innovativ əsaslarla zənginləşdirilməsini və texnoloji transformasiyanın sürətləndirilməsini nəzərdə tutur.
Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu davamlı olaraq möhkəmləndirir. Ölkədə mövcud olan siyasi və makroiqtisadi sabitlik, əlverişli biznes mühiti və institusional islahatlar investisiya axınının davamlılığını təmin edir. Bu kontekstdə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlətə məxsus müəssisələrin vahid prinsiplər əsasında və səmərəli idarə olunmasına xidmət edir ki, bu da korporativ idarəetmə standartlarının yüksəldilməsinə və investisiya cəlbediciliyinin artmasına şərait yaradır.
Birbaşa xarici investisiyaların artımı həm də Azərbaycanın beynəlxalq müqavilələr üzrə öhdəliklərini vaxtında və tam yerinə yetirməsi ilə bağlıdır. Respublikanın təşəbbüskarı və iştirakçısı olduğu transmilli enerji və nəqliyyat layihələri ölkəni mühüm geosiyasi aktora çevirmişdir. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, eləcə də Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində aparıcı rolunu təsdiqləyir. Xüsusilə Avropa İttifaqı üçün prioritet enerji təşəbbüslərində Azərbaycanın iştirakı ölkənin strateji əhəmiyyətini artırmışdır.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” investisiya mühitinin daha da təkmilləşdirilməsinə yönəlmiş sistemli yanaşmanı təmin edir. Sənəddə biznes mühitinin optimallaşdırılması, maliyyə-bank sektorunun sağlamlaşdırılması, monetar siyasətin üzən məzənnə rejimi əsasında təkmilləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi kimi istiqamətlər müəyyən edilmişdir. Bu tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişaf modelinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın regional və qlobal layihələrdə investor kimi çıxış etməsi ölkəni MDB məkanında xarici iqtisadi investisiyaların həcminə görə aparıcı dövlətlərdən birinə çevirmişdir. Beynəlxalq iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında Azərbaycanın regionun mühüm investisiya mərkəzi kimi qiymətləndirilməsi də bu reallığın göstəricisidir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır və bu prosesə xarici investorların cəlbi istiqamətində fəal siyasət həyata keçirilir. Müxtəlif ölkələrin şirkətləri infrastruktur layihələrində, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılmasında iştirak edirlər ki, bu da rəqəmsal və innovativ yanaşmanın praktik tətbiqinə nümunədir.
Son 20 ildə iqtisadiyyata yatırılmış 350 milyard dollardan artıq sərmayə Azərbaycanın sosial-iqtisadi inkişafının əsas dayaqlarından birini təşkil edir. Bu investisiyalar infrastrukturun modernləşdirilməsinə, sənaye və xidmət sahələrinin genişlənməsinə, enerji sektorunun gücləndirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə mühüm töhfə vermişdir. Formalaşmış sabitlik və etibarlı tərəfdaş imici isə Azərbaycanın gələcəkdə də qlobal investisiya məkanında mövqeyini daha da möhkəmləndirəcəyini göstərir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45

