Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Samuxda “Qlobal güc və etibarlı əməkdaşlıq modeli” mövzusunda partiya üzvləri ilə görüş keçirilib

Samuxda “Qlobal güc və etibarlı əməkdaşlıq modeli” mövzusunda partiya üzvləri ilə görüş keçirilib

13.02.2026 [16:24]

13 fevral 2026-cı il tarixdə YAP Samux rayon təşkilatının Qovlarsarı ərazi partiya təşkilatında “Qlobal  güc  və  etibarlı əməkdaşlıq modeli” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki,  müasir dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin nəticəsidir. Bildirib  ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilib, eyni zamanda qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi tanınıb.

 G.Bayramov çıxışında, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin və  Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri zamanı mətbuata verdikləri birgə  bəyanatın əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Görüş çərçivəsində Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması siyasi, iqtisadi, enerji təhlükəsizliyi və regional sabitlik sahələrində əməkdaşlığın daha da dərinləşəcəyinə mühüm zəmin yaradır.

Vurğulanıb ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətlərin tərəfdarı olub. Prezident İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, ölkəmiz qlobal güclərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelini dəstəkləyir. Bu yanaşma Azərbaycanın müstəqil siyasət kursunun və milli maraqlara söykənən diplomatiyasının bariz nümunəsidir.

Daha sonra çıxış edən partiya üzvləri  İlqar Alıyev, Ramilə Aslanova,   bildiriblər ki, hər iki ölkə arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Xartiya” ölkəmizin beynəlxalq nüfuzunun artmasının, regionda artan rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha bir təsdiqidir.

Qeyd edilib ki, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqe məhz Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir.  Bildirilib ki, Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28