Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tərtər rayon təşkilatının Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında hesabat iclası baş tutub

YAP Tərtər rayon təşkilatının Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında hesabat iclası baş tutub

17.02.2026 [16:28]

Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında hesabat iclası baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla anıblar.

İclasların gündəliyinə ərazi partiya təşkilatının 2025-ci il üzrə fəaliyyət hesabatı və 2026-cı il üçün nəzərdə tutulan Tədbirlər planının təsdiqi məsələləri daxil edilib.

Görüş zamanı ərazi partiya təşkilat sədri Əqdəm Əlişzadə ötən dövr ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Çıxış edən partiya üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş hesab edərək, YAP-ın müstəqil Azərbaycanın inkişafında və parlaq gələcəyinin qurulmasında həlledici rol oynadığını vurğulayıblar.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatındakı fəal mövqeyi ilə ümumxalq partiyasına çevrilib. O, partiyanın bu gün də

Ümummilli Liderin ideologiyasına sadiq qaldığını və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirin sonunda Əli Paşayev ərazi partiya təşkilatının gələcək işlərində müvəffəqiyyətlər arzulayaraq, hər bir üzvü partiyanın fəaliyyətində daha aktiv olmağa çağırıb.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28