Ana dilimizdə Ulu Öndər nəbzi
20.02.2026 [17:33]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında 21 fevral - Beynəlxalq Ana dili gününə həsr olunan “Ana dilimizdə Ulu öndər nəbzi” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyətinin sektor müdiri Rüfət Muradov, Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev, məktəb direktorları, müəllimlər və YAP fəalları iştirak edib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan xalqının ana dilinə göstərdiyi yüksək diqqət və qayğının əsasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri dayanır. Ulu Öndər ana dilimizi milli dövlətçiliyin əsas atributlarından biri kimi dəyərləndirmiş, onun qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev də ana dilimizin inkişafına xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qloballaşma şəraitində qorunması, informasiya məkanında düzgün və səlis istifadəsi, latın qrafikalı əlifbanın tətbiqinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının sərəncamları ilə Azərbaycan dilinin elektron resurslarda geniş istifadəsi, terminologiyanın zənginləşdirilməsi və ədəbi dil normalarının qorunması sahəsində mühüm layihələr reallaşdırılmışdır.
Çıxış edən İmişli rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər sektorunun müdiri Rüfət Muradov qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev çıxışında vurğulayıb ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Digər çıxış edənlər bildiriblər ki, Ana dili millətin varlığı, mənəvi sərvəti, tarixi yaddaşı və milli kimliyinin əsas sütunudur. Dilimizi yaşatmaq – keçmişimizə sahib çıxmaq, gələcəyimizi isə daha möhkəm təməl üzərində qurmaq deməkdir.
Çıxışlardan sonra yubiley yaşları tamam olan ƏPT sədrləri və partiya üzvlərinə, həmçinin tədbirdə şeir söyləyən məktəblilərə hədiyyələr verilib.
Sonda partiya sıralarına yeni qəbul edilən gənc üzvlərə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

