Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Livan XİN başçısı: İsraillə çərçivə sazişi yekun razılaşma deyil

Livan XİN başçısı: İsraillə çərçivə sazişi yekun razılaşma deyil

04.07.2026 [16:40]

Livanın xarici işlər naziri Yusif Raci İsraillə əldə olunmuş çərçivə sazişinin yekun razılaşma olmadığını, yalnız münaqişənin həlli istiqamətində danışıqların davam etdirilməsi üçün əsas yaratdığını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, İsraillə imzalanmış çərçivə sazişi yekun sənəd deyil, gələcək danışıqların aparılması və prosesin tamamlanması üçün baza rolunu oynayır.

Yusif Raci qeyd edib ki, Livan mövcud şəraitdə danışıqlara başlamağa məcbur olub. O bildirib ki, hökumət ölkədə sabitlik və rifahın yeni mərhələsini başlatmaq niyyətindədir.

Nazir, həmçinin vurğulayıb ki, silahlı qüvvələrin və silahların yalnız dövlətin nəzarətində olması təkcə xarici tərəflərin tələbi deyil, həm də Livanın güclü, normal və suveren dövlət kimi inkişafı üçün zəruri şərtdir.

Xatırladaq ki, daha əvvəl İsrail və Livanın iyunun 26-da Livan ərazisindəki münaqişəyə son qoyulmasına zəmin yarada biləcək çərçivə sazişi üzərində razılığa gəldiyi bildirilmişdi.

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31