Səsləri təhvil verin!
04.07.2026 [08:50]
Çünki onlayn sizi eşidir...
Məgər pisdir? Yaratmaq istədiyin süni “varlıq” sənin səsini də nüsxələyir. Hər şeyi oraya təhvil vermək məcburiyyətindəyiksə, səsləri də təhvil verək, getsin. Ən azı böyük data mərkəzlərin yaddaş bankı zənginləşsin. Zənginləşməyi bir yana, heç olmasa şüurlu ömrümüzdə pisi yaxşıdan, ağı qaradan seçək. Budur, gəlib, qapıda, qulağımızın dibindədir. Bütün platformalarda Musiqi Sİ (Süni İntellekt), Səs Sİ bir göz qırpımında bizə doğmalaşmaq, ürəyimizə girmək, ruhumuza yol tapmaq üçün dəridən-qabıqdan çıxır...
Bu yazını yazmaq üçün mən də saatlarla Sİ səslərə qulaq asdım: əvvəl feyziyab oldum, xronometraj uzandıqca yoruldum, hətta qorxdum, mənə elə gəldi ki, uzaq səfərə getmişəm və bir az da getsəm, geri dönməyim çətin olacaq. Sonra radioda retro musiqilərimizə qulaq asdım, xronometraj uzandıqca yorulmadım, ziqzaqlı əhvallara düşdüm, amma səslərdən doymadım...
Əlbəttə, bu kiçik eksperiment ciddi göstərici hesab edilə bilməz, itib-getməkdə olan insan növünün tarixə, keçmişə və həyat hekayələrinə bağlılığı kimi də qəbul edilə bilər. Bircə həqiqət isə danılmazdır: hər tarixin öz Səsi var! Amma indiyədək gördüyümüz səslər min bir təbii proseslərdən keçərək, süzülərək gəlirdisə, indi əsas funksiya elektron süzgəcin üzərinə düşür - süzgəc səsi geri qaytarıb daşa-qayaya da çırpa, min arşın quyunun içində salıb inildə də bilir. Lakin nə edir-etsin, bircə çaları da təbiiləşdirə bilmir...
Hər bir insan səsi sərvətdir. Onları toplayıb saxlamaq gərəkir. İnanmıram ki, bundan sonra dünyamız indiki qədər çoxsəsli, çoxrəngli və çoxdərdli olsun. Sadələşmə səs seçimini də tükəndirəcək, ona görə də qlobal şəbəkə nə yığdı-yığdı! Tarixdən və sivilizasiyadan qopara bildikləri səs resursları isə möhtəşəmdir...
Radio çıxmasaydı, biz səslərimizi haradan qoparacaqdıq? Qızıl səs fondlarımız qorunmasaydı, nə edəcəkdik? Səsin sehrini necə qiymətləndirəcəkdik? Ümidim var ki, Sİ-nin yaddaşında müstəqillik dövrünün kasadsözlü “DJ” səsləri at oynatmayacaq - çoxqatlı diktor məktəbimizin sehrli səsləri azad uçuşlarla səs göylərimizdə qanad çalıb, səmaları aydınladacaq. “Mədəniyyət-2040” Konsepsiyamız da bu sahəyə diqqət yetirəcək, müzakirələr aparılıb texniki təminatlar yaradılacaq. Yoxsa ki, hal-hazırda Sİ-də olduğu kimi - çox səs çıxarıb çox irəli çəkilənlər qabağa düşsə, vay səsimizə...
Hə, bir də yeni, identik səsləri toplayırıqmı? Toplayıb qorumaq üçün sistemimiz varmı? Musiqi səslərini nəzərdə tutmuram - qiraət, dublyaj və sair bu kimi xalq içindən süzülüb gələn peşəkar səsləri deyirəm. Bir çox hormonal resurslar kimi, səslərimiz də günü-gündən cırlaşacaq, dəyişəcək - bu qaçılmazıdır...
Səslər də tarixdir. Səslərdə tarixin izi var. Sİ səsləri isə eyni cür oxuyur, eyni danışır: sonra başa düşürsən ki, bu səs deyil - plastik tullantıdır, silikondur. Ona SƏS verin ki, o da özünə çəki-düzən verə bilsin...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09

