Qabiliyyət imtahanlarında 30 minə yaxın abituriyent qeydiyyatdan keçib
03.07.2026 [10:58]
2026/2027-ci tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə ümumilikdə 30 minə yaxın abituriyent və subbakalavr qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin xüsusi növ imtahanların təşkili və idarə edilməsi üzrə sektor müdiri Elton Süleymanov qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə media nümayəndələri üçün təşkil olunan infotur zamanı bildirib. O qeyd edib ki, ümumi orta və tam orta təhsil bazasında, eləcə də ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qeydiyyat başa çatıb. Ümumilikdə 30 minə yaxın abituriyent və subbakalavr qeydiyyatdan keçib. Qabiliyyət imtahanlarına iyunun 22-də start verilib və hazırda musiqi sənəti, idman, teatr, kino və xoreoqrafiya, eləcə də təsviri sənət istiqamətləri üzrə imtahanlar davam edir. İndiyədək 10 mindən çox abituriyentin imtahanı təşkil olunub.
Sektor müdirinin sözlərinə görə, imtahanların təşkili üçün 100-dən çox Qabiliyyət İmtahanı Komissiyası fəaliyyət göstərir. Komissiyaların tərkibinə ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri, ekspertlər, müxtəlif dövlət qurumlarının, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri, həmçinin Dövlət İmtahan Mərkəzinin əməkdaşları daxildir.
“İmtahanlar videoqeydiyyat vasitəsilə müşahidə olunur. Abituriyent nəticədən narazı qaldıqda apellyasiya müraciəti edə bilər və həmin müraciət videoqeydlər əsasında ekspertlər tərəfindən yenidən araşdırılır”, - deyə E.Süleymanov vurğulayıb. O əlavə edib ki, idman istiqaməti üzrə ən çox rast gəlinən problem bəzi abituriyentlərin sağlamlıq haqqında arayışı təqdim etməməsi, musiqi istiqaməti üzrə isə əvvəlcədən seçilən ifa proqramının dəyişdirilməsinə cəhd göstərilməsidir.
Sektor müdiri, həmçinin bildirib ki, iyulun 2-də keçirilən qabiliyyət imtahanında giriş zamanı aparılan identifikasiya prosesi zamanı bir nəfərin başqasının yerinə imtahana daxil olmağa cəhd göstərdiyi müəyyən edilib və bunun qarşısı alınıb. Onun sözlərinə görə, həmin abituriyentin builki bütün DİM imtahanlarının nəticələri ləğv olunacaq və o, ixtisas seçimi müsabiqəsində iştirak edə bilməyəcək. Başqasının yerinə imtahana daxil olmağa cəhd edən şəxslə bağlı isə müvafiq sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırma aparılır.
Elton Süleymanov vurğulayıb ki, belə hallara qabiliyyət imtahanlarında çox nadir hallarda rast gəlinir: “İmtahan iştirakçılarının şəxsiyyəti həm girişdə, həm də elektron identifikasiya sistemi vasitəsilə yoxlanılır ki, bu da bu cür qanun pozuntularının qarşısının alınmasına imkan verir”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

