Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avrobarometr: Macarıstanda Aİ-yə etimad Avropa orta göstəricisini üstələyib

Avrobarometr: Macarıstanda Aİ-yə etimad Avropa orta göstəricisini üstələyib

02.07.2026 [21:50]

Avropa Komissiyasının sifarişi ilə keçirilən son Avrobarometr sorğusuna əsasən, Macarıstanda Avropa İttifaqına (Aİ) etimad əhəmiyyətli dərəcədə artıb.

AZƏRTAC xəbər verir ki, respondentlərin 80 faizi Aİ-ni qeyri-sabit beynəlxalq şəraitdə sabitlik mənbəyi kimi qiymətləndirib. Bu göstərici Aİ üzrə orta səviyyə olan 75 faizi üstələyir.

Sorğuya görə, macarların 81 faizi ölkənin Aİ üzvlüyünün faydalı olduğunu düşünür. Respondentlər əsas üstünlüklər kimi yeni məşğulluq imkanlarını və iqtisadi inkişafı göstəriblər. Eyni zamanda, iştirakçıların fikrincə, Aİ-nin əsas prioritetləri enerji müstəqilliyi, müdafiə və təhlükəsizlik, rəqabətqabiliyyətlilik, eləcə də ərzaq təhlükəsizliyi olmalıdır.

Bununla yanaşı, sorğu həyat keyfiyyəti və maliyyə vəziyyəti ilə bağlı narahatlıqların davam etdiyini göstərib.

Araşdırma 9 aprel–4 may tarixlərində Aİ-nin 27 üzv ölkəsində 26 mindən çox respondent arasında aparılıb.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31