Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi dəstək istəyir

Media: Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi dəstək istəyir

01.07.2026 [21:12]

Ukrayna Avropa İttifaqından (Aİ) 6,6 milyard avroluq (7,5 milyard dollar) hərbi dəstək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi çərşənbə günü Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun məktubuna istinadla məlumat yayıb.

Bildirilir ki, Kiyev avropalı müttəfiqlərindən Avropa Sülh Fondu vasitəsilə hərbi yardım üçün 6,6 milyard avro ayırmalarını xahiş edib. Çünki Ukrayna büdcəsi 136 milyard avroluq müdafiə xərclərinin yalnız 53 milyard avrosunu qarşılaya bilir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dron alınması üçün Ukraynaya vəd edilmiş 6 milyard avroluq tranşın köçürülməyə başladığını və ilk 3,9 milyard avronun çərşənbə axşamı günü köçürüldüyünü açıqlayıb.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31