Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində məktəb və ali təhsil müəssisələrində süni intellekt məcburi fənn olacaq

Çində məktəb və ali təhsil müəssisələrində süni intellekt məcburi fənn olacaq

30.06.2026 [18:35]

Çin hakimiyyəti ibtidai məktəbdən ali təhsil müəssisələrinə qədər təhsilin bütün pillələrində süni intellektin məcburi qaydada tədrisini nəzərdə tutan beşillik planı təsdiqləyib.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, yeni təhsil strategiyası süni intellekt texnologiyalarından səmərəli istifadə etməyi bacaran və innovativ iqtisadiyyatın inkişafına töhfə verəcək mütəxəssislərin hazırlanmasına yönəlib.

Sənədə əsasən, süni intellektin tədrisi ayrıca seçmə fənn kimi deyil, əsas təhsil proqramlarına inteqrasiya olunacaq. İslahatın əsas məqsədi şagird və tələbələrdə müasir rəqəmsal texnologiyalarla işləmək üzrə praktiki bacarıqlar formalaşdırmaq və onlara bu texnologiyaları real problemlərin həllində tətbiq etməyi öyrətməkdir.

Çin hakimiyyəti süni intellekt sahəsində bacarıqların inkişafını milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasının əsas amillərindən biri hesab edir.

Son illərdə Çin süni intellekt sahəsində tədqiqatlara, eləcə də bu texnologiyaların sənaye, səhiyyə, nəqliyyat və dövlət idarəçiliyində tətbiqinə fəal şəkildə investisiya yatırır. İndi isə ölkə kadr hazırlığının sistemli şəkildə təşkilinə üstünlük verir.

Ekspertlərin fikrincə, məktəblilərin süni intellekt texnologiyaları ilə erkən tanış olması rəqəmsal savadlılıq səviyyəsinin yüksəlməsinə və qarşıdakı onilliklərdə əmək bazarında tələb olunacaq mütəxəssislərin hazırlanmasına imkan verəcək.

Paylaş:
Baxılıb: 423 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30