Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

01.07.2026 [16:28]

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının inzibati binasında Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir Mədəniyyət idarəsi ərazi partiya təşkilatının yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Çıxış edən partiya fəallarından Cavanşir Pirverdiyev vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin mövcud olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik tariximizin dönüş nöqtələrindən oldu. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələri yazılır.

Daha sonra təşkilati məsələlərə baxılıb. Təşkilatın sədrliyinə Sənan Məmmədli, sədr müavinliyinə isə Anar Əliyevin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Sənan Məmmədli, sədr müavini isə Anar Əliyev seçiliblər.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31