Çin və Aİ investisiya və ticarət üzrə məşvərət mexanizmi yaradıb
30.06.2026 [20:45]
Çərşənbə axşamı yayımlanan birgə bəyanata görə, Çin və Avropa İttifaqı (Aİ) ticarət və investisiya məşvərət mexanizminin yaradılmasını rəsmi olaraq təsdiqləyib. Tərəflər arasında həmin mexanizmin ilk iclası keçirilib.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, yaradılan mexanizm çərçivəsində ticarət və investisiya balanslaşdırılması, ixrac nəzarəti, əqli mülkiyyət hüquqları və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) islahatlarını əhatə edən dörd ilkin iş axını müəyyən edilib.
Çinin ticarət naziri Van Ventao və Avropa ticarət və iqtisadi təhlükəsizlik, institutlararası əlaqələr və şəffaflıq üzrə komissarı Maroş Şefçoviç bazar ertəsi günü Brüsseldə mexanizmin ilk iclasına həmsədrlik ediblər.
Çin Ticarət Nazirliyinin məlumatına görə, tərəflər əsas iqtisadi və ticarət məsələləri üzrə hərtərəfli, dərin və konstruktiv müzakirələr aparıblar.
Görüş zamanı müvafiq məlumatların mübadiləsi, ticarət axınlarının monitorinqi və şəffaflığın artırılması, qarşılıqlı etimadın gücləndirilməsi və yaranan mübahisəli vəziyyətlərin idarə olunması məqsədilə texniki işlərin dəstəklənməsi üçün birgə monitorinq mexanizmi yaratmaq barədə razılıq əldə olunub.
Birgə bəyanata görə, hər iki tərəf nadir torpaq elementləri, habelə digər vacib materiallar və minerallarla bağlı Çin-Aİ ixrac nəzarəti dialoqunun müsbət nəticələrini qeyd ediblər. Pekin və Brüssel bu sahədə dialoqu gücləndirmək niyyətindədir.
Tərəflər, həmçinin Çin-Aİ ixrac nəzarəti dialoqunun gücləndirilməsinin zəruriliyini qəbul edib, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini qorumaq üçün əlavə tədbirlər görmək barədə razılığa gəliblər.
Birgə bəyanatda deyilir ki, Çin və Aİ ÜTT çərçivəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinin, bu təşkilatın nüfuzunun və effektivliyinin artırılmasının zəruriliyini vurğulayır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

