Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada ekoloq deputatlar hökumətə qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış ediblər

Fransada ekoloq deputatlar hökumətə qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış ediblər

01.07.2026 [22:18]

Fransada ekoloq deputatlar hökumətə qarşı etimadsızlıq təklifi təqdim edəcəklərini açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, onlar buna hökumətin son istilik dalğalarına və iqlim dəyişikliyi ilə bağlı vəziyyətə hazır olmamasını əsas gətirirlər.

Ekoloqlar qrupunun sədri Siriyel Şatölənə görə təşəbbüs təkcə ölkənin yaşadığı son isti hava dalğasına deyil, həm də yaxın günlərdə gözlənilən yeni istilərə hökumətin hazırlıqsız olmasına etiraz məqsədi daşıyır. Onun sözlərinə görə, bu, sol siyasi qüvvələrin birgə etimadsızlıq təklifi olacaq.

Milli Assambleyada bu ölkənin Baş naziri Sebastyan Lökornü ilə gərgin debat zamanı Şatelen hökuməti iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətsizlikdə ittiham edib. O, hökumətin siyasətinin sosial bərabərsizliyi artırdığını və qlobal istiləşməni daha da dərinləşdirdiyini bildirib. Deputat, həmçinin məsələ ilə bağlı parlament araşdırmasının aparılacağını və etimadsızlıq prosedurunun başlanacağını bəyan edib.

Şatelen etimadsızlıq təklifinin parlamentə təqdim olunması üçün tələb olunan 58 deputatın dəstəyinin əldə ediləcəyinə əmin olduğunu söyləyib. Baş nazir Sebastyan Lökornü isə hökumətin iqlim siyasətində fəaliyyətsizlik iddialarını rədd edib.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31