Kitablar artıq cibimizdədir...
04.07.2026 [08:34]
Elektron mütaliə dövrü
Əvvəllər metroda, avtobusda sərnişinlərin əksəriyyətini kitab və qəzet oxuyarkən görmək olardı. İndi də oxuyanlar var. Amma onların əlində daha çox elektron oxuma cihazlarını (e-rider) görmək mümkündür. Bu kitablar insanların oxuma vərdişlərini əhəmiyyətli dərəcədə dəyişdirərək minlərlə kitabı bir cihazda toplamaq, istənilən vaxt və istənilən məkanda oxumaq, mətn üzərində qeydlər aparmaq, sözlərin mənasını dərhal araşdırmaq, hətta şrift ölçüsünü fərdi ehtiyaclara uyğunlaşdırmaq kimi imkanlar təqdim edir.
Elektron kitabların üstünlükləri çoxdur. Belə ki, onlar daha rahat və münasib qiymətədir, əksər hallarda bir çox əsərləri internetdən pulsuz yükləmək olur. Elektron-kitab tərəfdarları deyirlər ki, onsuz da bir əsəri bir dəfədən artıq oxumaq olmur. Hər dəfə pul verib kitab almaq büdcəyə ziyan vurur, digər tərəfdən evdə də rəfdə yer tutur. Elektron kitablarda isə romanı bir dəfə oxuyandan sonra onu pozub yerinə başqasını yazmaq olar.
Araşdırmalar bütün dünyada kitab oxumaq meyillərinin ürəkaçan olmadığını göstərir. Müasir texnoloji cəmiyyətdə insanlar kitabxana və mağazalarda əvvəlki qədər vaxt keçirmirlər. Son illər mütaliə sevənlər arasında elektron qurğulardan oxumağa meyil artır.
Yeri gəlmişkən, iyulun 4-ü Ümumdünya Elektron Kitab Günüdür. Bu günün məqsədi elektron kitabların və digər rəqəmsal oxu formatlarının təşviq edilməsi, elektron kitabxanaların və oxu platformalarının populyarlaşdırılmasıdır. Elektron kitablar, hər zaman və hər yerdə oxumaq üçün əlverişli bir seçimdir. Bu gün, hər kəs elektron kitabların faydaları haqqında məlumatlandırmaq və onları oxumağa təşviq etmək üçün bir fürsətdir.
Son illər mütaliəyə maraq azalıb, bunu hər kəs təsdiqləyər. Lakin gününü kitab oxumadan təsəvvür edə bilməyən insanlar da çoxdur. Məhz buna görə də bu gün ölkə kitabxanalarında həm də elektron kitabxanaların fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Elektron kitabxananın özünəməxsus üstünlükləri var. Xüsusilə, gənclərin istifadə etdikləri elektron kitab onlara təhsilin müxtəlif pillələrinə, ixtisaslarını artırmaq üçün imtahanlara hazırlaşmalarında, müxtəlif elmi işlərlə bağlı araşdırmalar aparmaqda əvəzsiz köməkçidir.
Elektron kitablar ənənəvi kitabları əvəz edəcək?
Bu sual uzun illərdir müzakirə olunsa da, görünən odur ki, hər iki format rəqib olmaqdan daha çox bir-birini tamamlayan vasitələrdir. Çünki bir insan gündəlik işə gedərkən telefonunda və ya elektron oxuyucusunda kitab oxuya, axşam isə sevdiyi romanın çap olunmuş nüsxəsini əlinə alaraq tamamilə fərqli bir oxu zövqü yaşaya bilər. Əslində kitabın dəyərini müəyyən edən onun kağızdan hazırlanması və ya rəqəmsal fayl olması deyil, oxucunun düşüncəsində yaratdığı dəyişiklik, dünyagörüşünə əlavə etdiyi yeni baxış bucağı və yaddaşında buraxdığı izdir. Böyük ideyalar nə mürəkkəbdən, nə də piksellərdən asılıdır - onlar insanın düşüncəsində yaşayır və inkişaf edir.
Əslində Ümumdünya Elektron Kitab Günündə ən maraqlı nəticə budur ki, texnologiya kitabı bizdən uzaqlaşdırmayıb, əksinə onu daha əlçatan edib. Bu gün milyonlarla insanın əvvəllər əldə edə bilmədiyi əsərləri rahatlıqla oxumasına imkan yaradır, eyni zamanda ənənəvi kitabların da öz dəyərini qorumasına şərait yaradaraq oxuculara seçim azadlığı bəxş edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:41
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25

