Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Emmanuel Makron prezidentliyi dövründə ilk dəfə Ankaraya səfər edəcək

Emmanuel Makron prezidentliyi dövründə ilk dəfə Ankaraya səfər edəcək

06.07.2026 [20:56]

Fransa Prezidenti Emmanuel Makron iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu, Makronun 2017-ci ildə prezident seçilməsindən bəri Ankaraya ilk rəsmi səfəri olacaq.

Səfər Fransa ilə Türkiyə arasında son illərdə NATO çərçivəsində yaşanan fikir ayrılıqları fonunda xüsusi əhəmiyyət daşıyır. Paris və Ankara müxtəlif regional və təhlükəsizlik məsələlərində, xüsusilə Aralıq dənizi, Liviya və Suriya ilə bağlı mövqelərində dəfələrlə ziddiyyətlər yaşayıblar.

NATO sammiti Fransa Prezidenti Emmanuel Makron ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin hazırkı vəziyyətini qiymətləndirmək baxımından da mühüm platforma hesab olunur. Son illərdə tərəflər arasında dialoqun müəyyən dərəcədə bərpa olunmasına baxmayaraq, iki ölkə arasındakı münasibətlərin tam normallaşıb-normallaşmadığı sammit zamanı aparılacaq görüşlərdə daha aydın görünəcək.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31