Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji tərəfdaşlıq

Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji tərəfdaşlıq

07.07.2026 [16:06]

2026-cı il iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Görüş zamanı enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, iqtisadi əməkdaşlıq və Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi əsas müzakirə mövzuları oldu. Səsləndirilən fikirlər göstərdi ki, tərəflər qarşılıqlı hörmət və ortaq maraqlar əsasında strateji əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı kimi çıxış edir. Bu göstəricilər tərəflər arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və gələcəkdə daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırdığını təsdiqləyir.

Enerji sahəsində əməkdaşlıq görüşün əsas istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev bildirdi ki, enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir və bu coğrafiyanın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Xüsusilə, 3500 kilometrlik Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan strateji layihə kimi dəyərləndirilir.

Bəyanatda dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan artıq bərpaolunan enerji sahəsində də mühüm layihələr həyata keçirir. Xarici və yerli şirkətlərlə bağlanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində ölkədə 8 giqavat gücündə günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Bu isə Azərbaycanın yalnız ənənəvi enerji ixracatçısı deyil, həm də yaşıl enerji istehsalçısı və ixracatçısı kimi Avropanın etibarlı tərəfdaşına çevriləcəyini göstərir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini vurğulayaraq bildirdi ki, Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələrinə 200 milyon avroya qədər qrant ayırmağa hazırdır və bunun 2 milyard avroya qədər investisiya cəlb etmək potensialı var. Bakı limanının inkişafı, Naxçıvan üzərindən dəmir yolu əlaqələrinin genişləndirilməsi və regional bağlantı layihələri xüsusi əhəmiyyət daşıyır.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh prosesi də geniş müzakirə edildi. Prezident İlham Əliyev Azərbaycanın sülhə sadiqliyini və regionda sabitliyin möhkəmləndirilməsi üçün atdığı addımları diqqətə çatdırdı. Ursula Fon der Lyayen isə Avropa İttifaqının bu prosesi tam dəstəklədiyini, minatəmizləmə, səhiyyə, kənd təsərrüfatı və kiçik sahibkarlığın inkişafı üçün yeni maliyyə proqramlarının həyata keçiriləcəyini bildirdi.

Beəliklə, Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi, yaşıl enerji tərəfdaşı və regionda sülhün təşviqçisi kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənir, Avropa İttifaqı ilə əməkdaşlıq isə keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bu tərəfdaşlıq Azərbaycanın iqtisadi inkişafına, enerji təhlükəsizliyinə, nəqliyyat imkanlarının genişlənməsinə və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına mühüm töhfələr verəcək. Bu baxımdan, iyulun 1-də Bakıda keçirilən görüş Azərbaycan–Avropa İttifaqı münasibətlərinin tarixində yeni strateji mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır.

Ayaz Novruzov

YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri 

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31