Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədə ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Gəncədə ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

20.02.2026 [22:20]

Gəncə şəhəri, Ə.Əliyev küçəsində Vüqar İlqar oğlu Hacıyevə məxsus çayxanada nəzarət tədbiri keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Obyektdə qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan üzlənmədiyi, alət və avadanlıqların təmiz saxlanılmadığı, istifadə edilən suyun filtirasiya olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı aşkarlanıb. Bundan başqa, sanitariya-gigiyena normalarına zidd digər nöqsanlar da qeydə alınıb.

Faktla bağlı obyektin sahibkarı barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib və icrası məcburi göstərişlər verilib.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30