Veliko Tırnovoda “Şuşa” parkı salınacaq
18.02.2026 [09:30]
Uca dağlar qoynunda qərar tutan Şuşa Azərbaycan xalqı üçün müstəsna önəm daşıyan bir diyardır. Buna görə də Azərbaycan dövləti postmüharibə dövründə Şuşanın tarixi şöhrətinin, zəngin mədəni həyatının geri qaytarılması, ənənələrin yaşadılması və daha da zənginləşdirilməsi istiqamətində davamlı fəaliyyətlər həyata keçirir. Artıq müharibə illərində dağıdılmış bir sıra abidələr, məscidlər bərpa olunub və yeniləri tikilib. “Xarıbülbül” musiqi festivalı, Vaqif poeziya günləri şəhərin mədəni həyatını canlandırıb.
Eyni zamanda, Şuşanın beynəlxalq səviyyədə tanıdılması istiqamətində də fəal iş aparılır. Müharibədən sonra azad Şuşa 2023-cü il üçün Türk, 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib və hər iki mədəniyyət ili çərçivəsində xarici qonaqların iştirakı ilə çoxsaylı tədbirlər reallaşdırılıb.
Şuşanın beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində fəaliyyətlər davam etdirilir. Bu günlərdə dost Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınacağı ilə bağlı xəbərlər yayılıb. Beləliklə də, adı Bolqarıstanın turist marşrutları sırasında yer alan Veliko Tırnovo şəhərinə təşrif gətirən qonaqlar burada həm də Azərbaycanın əfsanəvi şəhəri ilə məlumat almaq imkanı qazanacaqlar.
Heydər Əliyev Fondunun yaratdığı dostluq körpüsü
Xeyirxahlıq heç vaxt unudulmur. Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınmasına qərar verilməsi də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu şəhərlə yaratdığı dostluq körpüsünün gözəl bir bəhrəsidir.
Məlumdur ki, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini reallaşdırır. Deyə bilərik ki, bu layihə ilə Azərbaycan xalqının nəcib keyfiyyətləri və dövlətimizin gücü dünya ictimaiyyətinə təqdim olunur. O cümlədən Fond indiyədək ayrı-ayrı ölkələrdə çoxsaylı abidələrin bərpasını reallaşdırmaqla onlara, necə deyərlər, ikinci həyat qazandırıb.
Fondun adı, həmçinin Veliko Tırnovo şəhərinin sakinlərinə də yaxşı tanışdır. Belə ki, şəhərin rəmzlərindən sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası da Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub. “Bu tədbirdə iştirak etmək mənim üçün şərəfdir”, - deyən Veliko Tırnovo şəhərinin meri Daniel Panov sakinlər adından Azərbaycanın birinci xanımına bu layihəyə görə minnətdarlığını bildirib. “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun tarixindən danışan mer bildirib ki, bu qədim abidənin bərpa edilməsi bolqar xalqının uzun illərdən bəri arzusu olub və bu arzunu Heydər Əliyev Fondu gerçəkləşdirib. Mer bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirib.
Açılış tədbirində çıxış edən Mehriban xanım Əliyeva tarixi abidənin bərpasında iştirak etməyin son dərəcə qürurverici olduğunu vurğulayaraq bildirib: “Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verib. Yaşıl təpələr arasında yerləşən Veliko Tırnovo şəhəri XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi, ictimai-siyasi mərkəzlərindən biri olub və əvvələn özünün bənzərsiz təbiəti, gözəlliyi, habelə məhz memarlıq xüsusiyyətləri, müdafiə təyinatlı qala divarları ilə fərqlənib. “Trapezitsa” qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Buna görə bir daha demək istəyirəm ki, dünya əhəmiyyətli bu tarixi-mədəni irsin bərpasına öz töhfəmizi verdiyimizə görə biz də, fondumuz da çox qürur duyuruq”.
Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. Qoruğun ərazisində yerləşən tarixi kilsələr də bərpa olunub. XIII və XIV əsrlərə aid bu kilsələr nəinki qoruğun, eləcə də Bolqarıstanın tarixi dini abidələrindən hesab edilir.
Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib. Qoruq bolqar xalqının zəngin mədəni dəyərlərini əks etdirir
Qoruğun ərazisində Mədəni İrs Mərkəzi yaradılıb. Burada Veliko Tırnovo və “Trapezitsa”nın, həmçinin İkinci Bolqar Xanlığının tarixi və burada aparılan arxeoloji tədqiqatlar barədə məlumatlar verilir, eləcə də orta əsrlərə aid müxtəlif eksponatlar sərgilənir. Tırnov şəhəri İkinci Bolqar dövlətinin məşhur paytaxtı, XII əsrin sonundan XIV əsrin sonunadək Avropanın dövlətçilik, mənəvi və mədəni mərkəzi olub.
Şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan
Bəri başdan o fikri ifadə etmək mümkündür ki, turizm şəhəri kimi tanınan Veliko Tırnovoda “Şuşa” parkının yaradılması həm Azərbaycanın, həm də Şuşanın dünyada tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır. İstirahət mərkəzinin yaradılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Bolqarıstan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında imzalanan Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişə əsasən mümkün olacaq. Komitədən verilən məlumata görə, səfər çərçivəsində Anar Quliyev Veliko Tırnovo şəhərinin meri Daniel Dimitrov Panovla görüşüb.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi görüşdə şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhər mühitinin qorunması və müasir ictimai məkanların yaradılması istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi, Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Anar Quliyev cari ilin mayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyinin müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirərək həmkarını bu mötəbər tədbirdə iştirak üçün Bakıya dəvət edib.
“Şuşa” parkı layihəsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, detallı layihələndirmə işləri isə Komitənin sifarişi əsasında Bolqarıstanın “DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.
Şəhərin mərkəzi hissəsində yerləşən və 1,81 hektar ərazini əhatə edən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan kimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma, piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsi və musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində Nizami Gəncəvinin abidəsi, “Şuşa” instalyasiyası, bədii həllində isə xarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğun yaşıllaşdırma və abadlıq işləri görüləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49

