Sülh sazişi imzalanacaq, ölkə yalan ideoloji buxovdan xilas olacaq
20.02.2026 [08:19]
Ermənistan Konstitusiyanı dəyişməklə...
Ermənistanın 200 illik işğalçılıq və təcavüzkarlıq niyyəti ötən əsrin sonlarında yenidən qabarıq şəkildə üzə çıxdı. SSRİ-nin süqutu ərəfəsində regionda yaranmış geosiyasi boşluqdan istifadə edən Ermənistan Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış etdi və bu iddiaları hərbi təcavüz siyasəti ilə davam etdirdi. Nəticə etibarı ilə 1990-cı illərin əvvəllərindən etibarən həyata keçirilən işğalçı strategiya Cənubi Qafqazı uzun bir zaman kəsiyində davam edən qeyri-sabitlik zonasına çevirdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı yalnız iki dövlət arasında münaqişə yaratmadı, həm də bütövlükdə regionun iqtisadi, siyasi və təhlükəsizlik arxitekturasını sarsıtdı. Ermənistan rəhbərliyi qısa müddətli hərbi üstünlüyü strateji qələbə kimi təqdim etməyə çalışsa da, zaman göstərdi ki, bu siyasət ilk növbədə elə Ermənistanın özünü dərin böhranla üz-üzə qoydu.
İrəvan üçün acınacaqlı nəticə...
Bəli, 30 illik nəticə subut edir ki, yürüdülən işğalçı siyasət Ermənistana daha çox ziyan vurdu - ilk növbədə işğal faktı beynəlxalq hüquq müstəvisində öz təsdiqini tapdı və Ermənistan müstəqilliyini qazanmamış “işğalçı” adını qazandı. Xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyərək erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu sənədlərin icra olunmaması münaqişəni “dondurulmuş” vəziyyətdə saxladı və faktiki olaraq Ermənistan özü-özünə ikinci pisliyi etdi - uzunmüddətli əsaslı blokada, iqtisadi təcrid və regional layihələrdən kənarda qalmaq reallığı ilə üzləşdi.
Otuz illik zaman fasiləsindən geriyə boylananda İrəvanın “qazancının” nə olduğu açıq görünür - bu siyasət nəticəsində Ermənistan iqtisadi baxımdan zəiflədi, investisiya cəlbediciliyini itirdi və demoqrafik geriləmə ilə üzləşdi. Kütləvi miqrasiya, işsizlik və sosial problemlər ölkənin daxili sabitliyini də sarsıtdı. Dövlət büdcəsinin formalaşdırılmasında xarici ianələrin və diaspor dəstəyinin xüsusi çəkisi artdı, bir sıra strateji obyektlər və infrastruktur sahələri xarici subyektlərin nəzarətinə keçdi. Beləliklə, müstəqil dövlətçilik iddiası ilə çıxış edən Ermənistan reallıqda siyasi və iqtisadi baxımdan asılılıq vəziyyətinə düşdü. İşğal siyasəti ilə qazanıldığı düşünülən üstünlük, əslində, uzunmüddətli perspektivdə dövlətin inkişafını ləngidən əsas faktora çevrildi.
Bu mənzərə göstərir ki, münaqişə təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüz aktı deyildi, həm də Ermənistanın gələcəyini risk altına alan strateji səhv idi. Dövlətin gələcək inkişaf trayektoriyası, sərhədlərinin hüquqi cəhətdən müəyyənləşdirilməsi və beynəlxalq münasibətlər sistemində tamhüquqlu subyekt kimi mövqelənməsi məhz bu yanlış siyasətin girovuna çevrilmişdi.
Kilsə ideologiyası və siyasi manipulyasiya yalan tarix “əsirliyində”
Ermənistan tərəfindən seçilmiş konfrontasiya xəttinin formalaşmasında dini-milli ideologiyanın xüsusi rolu olmuşdu. Xüsusilə Erməni Apostol Kilsəsi ictimai rəyə təsir imkanlarından istifadə edərək tarixə selektiv və ideoloji yanaşmanı təşviq edirdi. Kilsə strukturları və onlarla paralel fəaliyyət göstərən siyasi dairələr “tarixi ədalətin bərpası” şüarı altında ərazi iddialarını mənəvi əsas kimi təqdim etməyə çalışırdılar. Halbuki bu yanaşma regionda davamlı sülhə deyil, yeni qarşıdurma ocaqlarının yaranmasına xidmət edirdi.
Bu ideoloji xətt xarici maraq mərkəzlərinin də təsiri ilə daha da radikallaşdı. Müxtəlif lobbi qruplarının informasiya və maliyyə dəstəyi sayəsində beynəlxalq ictimai rəyə təsir göstərmək cəhdləri genişləndirildi. Tarixin siyasiləşdirilməsi, mifoloji təsəvvürlərin dövlət siyasəti səviyyəsinə qaldırılması cəmiyyət daxilində də tənqidi düşüncəni zəiflətdi. Alternativ baxışlar ya susdurulur, ya da “xəyanət” kimi qələmə verilirdi. Nəticədə rasional dövlət quruculuğu prinsipləri emosional və romantik şüarlarla, yalanlarla əvəz olundu. İşğal siyasətinin davam etdirilməsi ölkə daxilində hərbiləşmiş psixologiyanın möhkəmlənməsinə gətirib çıxardı. Onsuz da minimal səviyyədə olan resurslar sosial iqtisadi modernizasiyaya yönəldilmədi - Ermənistanı “çətiri” altında saxlayan ölkələr bu minimal gəliri belə onların əllərindən alaraq qarşılığında köhnə silah arsenalını onlara təqdim etdi. İşğalçı siyasət uzunmüddətli perspektivdə iqtisadi artımı ləngitdi və Ermənistanı regional layihələrdən kənarda qoydu. Halbuki həmin dövrdə qonşu ölkələr enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığı genişləndirərək inteqrasiya proseslərini gücləndirirdilər.
Beləliklə, “kilsə ideologiyası” kimi xarakterizə olunan yanaşma dövlətin strateji qərarlarına emosional çalar verdi və praqmatik siyasətin formalaşmasına mane oldu. Ətrafında yerləşən dövlətlərə qarşı saxta torpaq iddiaları sürməklə özünü ön plana çıxarmaq istəyi Ermənistanı rasional düşüncədən kənarda saxladı. Tarixi narrativlərin manipulyasiyası üzərində qurulan ideoloji xətt cəmiyyətin real sosial-iqtisadi problemlərini kölgədə saxladı. Bu isə Ermənistanın inkişaf potensialını məhdudlaşdırdı və onu regionda davamlı risk faktoruna çevirdi.
Sülhün əldə olunması üçün...
2020-ci ildə baş vermiş 44 günlük müharibə regionda tamamilə yeni siyasi və hüquqi reallıq yaratdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüququn prinsiplərini təmin etdi və uzun illər davam edən status-kvoya son qoydu. Bu hadisə təkcə hərbi qələbə deyildi; eyni zamanda, regionda sülh gündəliyinin formalaşması üçün yeni imkanlar açdı. Ermənistan üçün isə bu, uzun illər davam edən işğal siyasətinin iflasının, kapitulyasiyanın rəsmiləşməsi idi.
Müharibədən sonrakı mərhələdə sülh müqaviləsinin imzalanması məsələsi əsas gündəmə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda, o cümlədən Munxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışlarında qeyd edib ki, davamlı sülh həm regionun təhlükəsizliyi, həm də iqtisadi inkişafı üçün əsas şərtdir. Bu yanaşma Ermənistan üçün də alternativsiz seçim kimi görünür. Çünki uzunmüddətli blokada şəraitində qalmaq və ya regional əməkdaşlığa qoşulmaq arasında seçim artıq strateji xarakter daşıyır.
Sülh müqaviləsinin imzalanması Ermənistanın beynəlxalq hüquq subyekti kimi sərhədlərinin qarşılıqlı şəkildə tanınmasını təmin edə bilər. Bu isə ölkənin siyasi sabitliyinə və iqtisadi inkişafına müsbət təsir göstərəcək amildir. Regional kommunikasiya xətlərinin açılması, nəqliyyat və ticarət əlaqələrinin bərpası Ermənistan üçün yeni iqtisadi imkanlar yarada bilər. Əks halda, konfrontasiya siyasətinin davamı ölkəni yenidən təcrid vəziyyətinə sala bilər.
Beləliklə, 2020-ci il müharibəsi Ermənistan üçün həm də dönüş nöqtəsi oldu. Bu dönüş ya reallıqları qəbul edib praqmatik siyasət yürütmək, ya da keçmişin stereotiplərinə bağlı qalmaq arasında seçim deməkdir. Mövcud geosiyasi şərait göstərir ki, davamlı inkişaf yalnız qarşılıqlı tanınma və əməkdaşlıq mühitində mümkündür.
Konstitusiya dəyişikliyi və ideoloji transformasiya
Sülh prosesinin dərinləşməsi üçün Ermənistanın hüquqi bazasında dəyişikliklərin aparılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Mövcud konstitusiyanın preambulasında yer alan və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar regional sabitlik baxımından ziddiyyət yaradır. Bu müddəaların qalması Ermənistanın rəsmi sənədində potensial münaqişə mənbəyinin saxlanılması deməkdir. Buna görə də konstitusion dəyişikliklər sülh sazişinin hüquqi təminatı kimi qiymətləndirilir. Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibəsində bildirmişdi ki, “Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, - Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”.
Beləliklə, Ermənistan sülh istəyirsə bu sülh üçün zəruri addımı atmalıdır...
Ermənistan üçün xilas planı...
Sülhün imzalanması isə Ermənistanda həm də illərlə ziyanlı təbilğatla doldurulmuş yalan ideologiyanı sıradan çıxaracaq. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da son illərdə ideoloji transformasiya zərurətinə toxunaraq “Real Ermənistan” konsepsiyasını irəli sürüb. Onun təqdim etdiyi yanaşma tarix mərkəzli emosional ideologiyadan praqmatik dövlətçilik modelinə keçidi nəzərdə tutur. Bu konsepsiyada suverenlik, təhlükəsizlik, iqtisadi inkişaf və vətəndaş məsuliyyəti prioritet kimi göstərilir. Dövlət anlayışının mifoloji təsəvvürlərdən deyil, beynəlxalq hüquq və real sərhədlərdən qaynaqlandığı vurğulanır. Başqa sözlə, ətraf dövlətlərə qarşı yalan iddiaların heç bir nəticə vermədiyi təsdiqlənir.
Beləliklə, Konstitusiyanın dəyişdirilməsi Ermənistan üçün yalnız hüquqi akt deyil, həm də psixoloji və ideoloji dönüş deməkdir. Bu dəyişiklik ölkəni uzun illər daxili və xarici siyasətdə məhdudlaşdıran narrativlərdən uzaqlaşdıra bilər. Eyni zamanda, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər. Konstitusiya dəyişikliyi və ardınca sülh müqaviləsinin imzalanması Ermənistan üçün yeni inkişaf mərhələsinin başlanğıcı ola bilər. Bu addım ölkəni ideoloji buxovlardan azad edərək real dövlətçilik prinsiplərinə əsaslanan siyasətə yaxınlaşdıra bilər. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq layihələrində iştirak və qarşılıqlı etimad mühitinin formalaşması Ermənistanın uzunmüddətli maraqlarına uyğundur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28

